Suriya paytaxtının silahlılar tərəfindən ələ keçirilməsi fonunda Dəməşq hava limanı dekabrın 18-dək fəaliyyətini dayandırıb.
Bu barədə hava limanının məlumatında deyilir.
“Hazırda Dəməşq hava limanına və ya hava limanından uçuşlarla bağlı bütün əməliyyatlar dayandırılıb”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl Dəməşqi ələ keçirən silahlılar şəhərdə qalan nazirlərin təhlükəsizliyinə zəmanət vermişdilər.