Ermənistanın baş naziri Paşinyan və onun ətrafının sülh nağılı bitmir. Hay məmləkətinin belə çağrışları nəinki inandırıcı deyil, hətta münaqişənin yenidən alovlanacağından xəbər verir. Ermənistan Fransa, Hindistan, Yunanıstan və digər ölkələrdən silah aldığı haqqında xəbər gündəmi zəbt edir. Erməni mediasına. internet resurslarına nəzər salıb, bəzi erməni politoloqlarının çıxışlarına diqqət etsək bir çox mətləblər aydınlaşar. Real vəziyyət onu deməyə əsas verir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır. Hərbi ekspert Elxan Şıxəliyev mediaya açıqlamasında bildirib ki, Ermənistan hərbi büdcəsini 46 faiz artıraraq silahlanmaya 2 milyard dollar xərcləyib.
Düşündürücü sual ortalığa çıxır. İqtisadi imkanları o qədər böyük olmayan kiçik bir ölkə silahlanmaya bu qədər vəsaiti haradan və kimdən tapır? Və gələcəkdə bu silahlar hansı ölkəyə tuşlanacaq? Heç şübhəsiz ki, həmin hərbi resurslar müdafiə məqsədilə alınmır. Onların hara tuşlanacağı da bəllidir.
Təbii ki, belə məqamda davamlı addımların atılmasına ehtiyac var. Ermənistana silah satan ölkələrlə bütün sferalarda danışıqlar aparmaq lazımdır. Çünki həmin ölkələrin nəhəng şirkətlərinin Azərbaycanla geniş əlaqələri var. Hətta bəzi nüfuzlu şirkətlər öz ölkələrinin xarici siyasətinə təsir etmək gücündə olur. Bu baxımdan regionda yenidən müharibə riskinin yaranmaması, Azərbaycanın hər hansı itkilərlə üzləşməməsi üçün Ermənistan sülh müqaviləsini hərbsizləşdirilmiş ölkə kimi imzalamalıdır. Əks təqdirdə Ermənistan istənilən sülh müqaviləsini öz əxlaqına uyğun poza biləcək, konfliktlərə meylli ölkə olduğunu göstərəcək.
Digər tərəfdən nəinki ermənilərə, hətta onların imzalayacağı sülh müqaviləsinə də etibar etmək çətindir. Vaxtılə faşist Almaniyası SSRİ ilə sülh müqaviləsi imzalamışdı. Sonra Adolf Hitler həmin sazişləri pozaraq müharibəyə başladı. Bu gün biz XXI əsrdə yaşasaq da ermənilər faşistlərdən daha qəddar və hiyləgərdilər. Ona görə, sülh nağıllarına inanıb arxayınlaşmaq olmaz.
Əkrəm Bəydəmirli