Bəşəriyyət dönüş nöqtəsindədir – Ərdoğan

 Bu gün dünya, müharibələr, qarşıdurmalar, hüquq pozuntuları və bərabərsizliklərin cəngində, dərin liderlik böhranı içindədir. Üzümüzü çevirdiyimiz heç bir yerdə sabitlik görmür, dərinləşən ədalətsizliklərlə qarşılaşırıq. İki qonşu ölkədən birində rifah, var-dövlət hökm sürərkən, digərində milyonlarla insan aclıq və yoxsulluqla mübarizə aparır. Gələcəyimizə ümidlə baxmağımıza səbəb olacaq bütün hadisələrin sayı sürətlə azalır. Bir şey tam aydındır ki, bəşəriyyət dönüş nöqtəsindədir. Sadəcə, qarşıdakı 5-10 ilə deyil, övladlarımızın və nəvələrimizin də gələcəyinə təsir edəcək hadisələr baş verir.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TRT World 2024” forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib.

İkinci Dünya müharibəsinin ən əhəmiyyətli nəticələrindən birinin BMT-nin yaradılmasını olduğunu söyləyən Türkiyə Prezidenti deyib:

“İndi bu BMT ilə davam edə bilərikmi? Xeyr. BMT-nin islahatlara ehtiyacı var. Dünya beş daimi üzvün əlinə buraxıla, dünya bu şəkildə idarə oluna bilməz”.