Milli Məclisə yeni avtomobillər ALINIB

 Milli Məclisə xaricdən gələn qonaqların sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Bunu “Milli Məclisin xərclər smetası”nın müzakirəsi zamanı parlamentin İşlər müdiri Firudin Hacıyev deyib.

O bildirib ki, 2024-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına deputatların işinin səmərəliliyini artırmaq məqsədilə 2006-2009-cu illərdə plenar iclas salonunda quraşdırılmış kompüterlər planşetlə əvəzlənib.

Firudin Hacıyev qeyd edib ki, Milli Məclisin avtomobil parkının yenilənməsi məqsədilə yeni avtomobillər alınıb.

“Milli Məclisin maşın zalında, avtoparkda iclas salonlarında tələb olunan təmir işləri bu gün də davam etməkdədir”,- işlər müdiri vurğulayıb.

F.Hacıyev qeyd edib ki, istismara yararsız hala düşmüş elektrik avadanlıqlarının yenisi ilə əvəzlənməsi, server otaqlarında, iclas salonlarında elektron səsvermə sistemlərini idarə etmək üçün ayrılmış xüsusi otaqlarda quraşdırılmış data mərkəzində yenidənqurma işlərinin aparılması tələb olunur.



Mənbə