Ukrayna avqust ayında apardığı əməliyyat zamanı Kursk vilayətində nəzarət etdiyi ərazinin 40%-dən çoxunu itirib.
Bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, bu, rus qoşunlarının təşkil etdiyi əks-hücum dalğaları fonunda baş verib.
“Təxminən 1376 kvadrat kilometr ərazini nəzarətdə saxlayırdıq, indi Rusiya əks-hücumlarını gücləndirir. Hazırda Ukrayna Silahlı Qüvvələri təxminən Rusiyanın 800 kvadrat kilometr ərazisini nəzarətdə saxlayır”, – Ukrayna Baş Qərargahındakı mənbə bildirib.