Bu gün, 14:00
/ 27 dəfə oxundu.
Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” keçid məntəqəsi yük maşınları üçün bağlanıb.
Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən məlumat verilib.
“Yolların buz bağlaması səbəbindən Qudauri-Kobi məntəqəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib”, – məlumatda qeyd olunub.
Yol minik avtomobilləri üçün açıqdır.
Hazırda 2025 yük maşını gözləyir. Onların 630-u erməni yük maşınlarıdır.