Kamil insan necə olmalıdır?

İslam dini sülh, mehribanlıq və xeyirxahlıq dinidir. Hamısıah insanları yoxdan yaradaraq, mükəmməl orqanlara sahib etdi və bu dünyada olan hər şeyin ixtiyarına çevirdi. Yaradan insana verilən fəziləti digər canlılardan heç birinə verməmişdir. Əlbəttə ki, insan mükəmməl olmaya bilər, amma həyatı boyunca inancla daima kamillik üçün səy göstərməlidir. Kamil insan, ilk növbədə, Yaradanı ilə mükəmməl münasibət qura bilən biridir. Bu cür insan müsəlman olmasından asılı olmayaraq, ətrafında olan hər kəslə yaxşı münasibət qurmağa və lazımi şəkildə davranmağa qadirdir. Kamil insan cəmiyyətin və ölkənin bir hissəsi olaraq bu sistemdə əldə etdiyi biliklərlə tamamlanır. Kamil bir insanın həyatın müxtəlif sahələrində hansı keyfiyyətlərə sahib olmalarını aşağıdakı kimi ümumiləşdirə bilərik:
1. Hər şeydə düşüncəli və şüurlu olmaq. Kamil insan söylədiyi, etdiyi və hətta düşündüyü şeylər haqqında diqqətli olmalıdır. İslam düşünən insanların dinidir. Hamısıah Qurani-Kərim ayələri vasitəsilə dəfələrlə insanı düşünməyə və doğru qərar verməyə çağırır. Çünki bəzən yaxşı niyyətlə görülən işin də nəticəsi fərqli ola bilər. Bunun üçün insan çoxlu mütaliə etməli, düşünməli və özündə təhliletmə qabiliyyəti formalaşdırmalıdır.
2. Xeyirxah və mülayim olmaq. Hamısıah yaratdıqlarına qarşı münasibətdə mehriban və mərhəmətli olduğu kimi insanlar da Yaradanımızın ona göstərdiyini digərlərinə nümayiş etdirməlidir. İslam insanı hər şeyə qarşı xoş münasibət göstərməyə çağırır: özünə, valideynlərinə, ailəsinə, uşaqlarına, heyvanlara, bütün canlı və cansız şeylərə. Xeyirxahlıq dinin ictimai əxlaq sahəsindəki ən əsas göstərişlərindən biridir. Buna görə də bir çox ayələr başqalarına qarşı xeyirxah və mülayim olmaq fəzilətinə həsr olunmuşdur. Bəziləri bunun qaydaları və şərtlərini, bəziləri isə yaxşılıq edənlərin məqamını və mükafatını təsvir etmişdir.
3. Təmizliyə riayət etmək. İslam hökmünə əsasən müsəlman ruhu başda olmaqla bədəninin, yerinin və geyiminin saflığına, təmizliyinə riayət etməlidir. İslam insanlardan hər şeydə təmizliyə və nizama riayət etmələrini istəyir. Əbəs yerə deyil ki, namazın, ibadətin açarı da təmizlikdir.
4. Xoşniyyətli və təvazökar olmaq. İslam dininə görə, yaxşı niyyətlə görülən bir iş, bu əmələ zinət verir, təmtəraqlılıq isə (göstərməklə etmək) onun gözəlliyini məhv edir. Yaxşılıq ən yüksək mənəvi dəyərdir və bizi addım-addım ideala yaxınlaşdırır. Yaxşılıq edən insan avtomatik olaraq pis, ədəbsiz, kobud ola bilməz. Yaxşılıq etməklə tərbiyələnmiş insan müəyyən dərəcədə günah işlətməkdən də sığortalanar. Ümumiyyətlə, kamil insan özünə və ya başqa bir şəxsə fiziki və əqli cəhətdən zərər verə biləcək hər hansı bir hərəkətdən çəkinməlidir.
5. Səbirli və təmkinli olmaq. İnsan həyatında səbirin vacibliyini qiymətləndirmək olduqca çətindir. Çünki səbir, çətinliyə dözməkdə, düzgün seçim etməkdə, əxlaq və həqiqət yoluna qayıtmaqda, həmçinin hər bir işdə ehtiyatlı olmağa kömək edən bir qüvvədir. Qurani-Kərimdə səbir yüzdən çox ayədə xatırlanır. Heç şübhəsiz Hamısıahın insan üçün yazdığı və ona yaşatdığı hər bir şey xeyirədir. Yalnız Hamısıah bizi hər bir pislikdən qoruya və əzablarımızı yüngülləşdirə bilər. Buna görə də səbir inanclı, kamil insanın vacib bir keyfiyyətidir, imanın bir hissəsidir. Hamısıah yalnız səbir edənlərə mükafat verər.
6. Şükür etmək və güclü olmaq. Şükür etmək, Hamısıaha tam itaət etmək, Onun qatında ən yüksək ibadət səviyyəsidir. Müsəlman, hansı çətinliklərlə üzləşməsindən asılı olmayaraq, narazılıq göstərməməli, ruhun və xarakterin möhkəmliyini nümayiş etdirməlidir.
Elvin Talışınski

Qafqaz Müsəlmanları İdarəsi
Bakı İslam Universitetinin kafedra müdiri
fəlsəfə doktoru