Gürcüstanda yeni prezident seçkilərinin 2025-ci ilin əvvəlində keçiriləcəyi gözlənilir.
Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Ölkədə sabitlik var. Parlament seçkilərinin nəticələrinə yekun vurulacaq, daha sonra parlamentin ilk iclası baş tutacaq. Çox güman ki, yanvarın əvvəlində prezident seçkiləri keçiriləcək. Bundan sonra ölkə həmişəki kimi yaşamağa davam edəcək”.