GECDƏ OLSA BAKIYA “QƏHRAMAN ŞƏHƏR” FƏXRI ADIN VERILMƏSI TARIXI ƏDALƏTI BƏRPA ETMIŞ OLARDI!

Azərbaycan 1941-1945-ci illərdə, İkinci Dünya müharibəsində bütün maddi imkanlarını və hərbi mükəlləyyətli vətəndaşlarını səfərbər edərək alman faşizmi üzərində Qələbənin əldə olunmasında fədakarcasına iştirak edərək, müstəsna xidmətlər göstərmişldir.

İkinci Dünya müharibəsi zamanı, təkcə Azərbaycandan 440-min nəfər azərbaycanlı müharibəyyə səfərbər edilib ki, onun da 10 min nəfəri qadın olmuşdur. Ən dəhşətlisi budur ki, bu müharibədən geri qaydmayanların sayı isə 420 min nəfər olmuşdur.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib.

İkinci Dünya müharibəsində ən yüksək fəxri adı alan Sovet İttfaqı Qəhramanı 121 nəfər olmuşdur ki, onlardanada 43 nəfəri sırf azərbaycanlıdır. 30 nəfər Azərbaycan əsgər və zabiti Şərəf ordeni ilə, 170 min nəfəri isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Qafur Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.

Azərbaycanda yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb, Bakı şəhəri isə qısa müddətdə döyüşən ordunun ən mühüm cəbhəxanasına çevrilərək, böyük çətinliklərə baxmayaraq, neftçilərimizin fədakarlıqları və çalışaranlıqlar nəticəsində cəbhəni yanacaqla təmin etmişdir.

Alman faşizimini üzərində qələbəni əldə etmək üçün, Bakı nefçiləri 1941-1945-ci illərdə geçə gündüz yatmadan əzimlə çalışaraq 75 milyon ton neft istehsal edərək müharibəyə yardım etmişdir. Xususi ilə qeyd etmək istəyirəm ki, II Dünya müharibəsində Sovet aviyasiya benzininin 85-90 %-ni Bakı şəhəri vermişdi. İkinci Dünya müharibəsində Bakının, konkret olaraq Bakı neftinin həlledici rolu həm tarixçilər, həmdə müharibənin iştirakçıları olan dövlətlər tərəfindən birmənalı olaraq təsdiq edilir.

1941-cı ildə SSRİ-də çıxarılan 33 milyon neftin 23,5 milyon tonunu Bakının payına düşürdü. Neftin 70-75 %-ni, Benzinin 85-90 %-i Bakıda istehsal olunurdu. Əgər Bakının nefti və azərbaycan xalqının misilsiz xidmətləri olmasa idi, Sovet İttifaqının faşizimin üzərində qələbəsi münkün olmazdı. Beləki neftinə görə Bakı bütün müharibə dövründə tam mühasirə şəraitində yaşamış və sonadək əzimlə mübarizə aparmışdır.

Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli xalq olmasını bir daha sübut etdi.

Buna görədə, 1941-ci ilin qışında Moskvanı düşmənə verməyin münkünlüyünü araşdıran sovet rəhbərliyinin Bakı-Mahaçqala istiqamətində 1000 kilometirlik müdafiə xətti yaratması Bakı neftini əldən verməmək isdəyindən irəli gəldi.

Müharibə müddətində Azərbaycan hospitallarında bir miliyondan artıq yaralı müalicə olmuşdur ki, onlarında yarsının həyatlarını xilas etmək münkün olmadığı üçün, Bakıda qardaşlıq məzarlarında dəfin olunmuşlar.

Bakı Sovet ordusunun çəbhəxanası idi, Bkıda 130 adda silah, Sinakin pulamiyotu istehsal edilirdi. Azərbaycan döyüşçülərininilk qəhrəmanlıq sədası 1941-ci il iyununda Brest Qalasından gəlmişdir. İkinci Dünya müharibəsində 5 milli atıcı divizyamız: 1920-ci ildə yaranan və 1942-ci ildə bərpa edilən 77, 1941-ci il avqustunda yaradılmış 402, oktyabrda 223, 1942-ci ilin martında yaradılmış 416, sentyabrında yaradılmış 271-ci divizyalarımız böyük qələbəyədək mübarizə apararaq qəhramancasına döyüşmüşdür. Döyüşdükləri ərazilərdə gösdərdikləri sücaətlərə görə 416-cı divizya Taqanoq, 271-ci divizya Qarlovka, 77-ci divizya Simferopol, 223-cü divizya Belqrad Fəxri adlarını almışdır.

Böyük Vətən Müharibəsi illərində sovet döyüş texnikasını yanacaq və sürtkü yağları ilə vaxtı-vaxtında artıqlaması ilə təmin etdiyi üçün 10 dəfə SSRİ-nin ən yüksək ordenləri və ali bayraqları ilə təltif olunduqu halda necə olur ki, mühribədən sonra 11 şəhərə “Qəhraman şəhər” statusu veriləndə Bakı “yada” düşmədi ?! Qəhrəman şəhər statusuna layiq görülmüş şəhərlər isə, Moskva, Leninqrad

(S.Peterbruq), Stalinqrad (Volqoqrad), Kiev, Minisk, Odessa, Tula, Brest, Kerç, Novorassiysk və Sevestopol şəhərləri olmuşdur.

Amma təsüflər olsun ki, alman façizimi üzərində qələbədən 74 il çeçməyinə baxmayaraq, bu vaxta kimi keçmiş SSRİ-nin varisi sayılan Rusiya Federasiyasınin rəhbərkikləi və Dövlət Dumasının biganəliyi, ögəy münasibəti səbəbindən Azərbaycanın paytaxtı sayılan Bakıya “Qəhraman şəhər” Fəxri adı verilməmişdir.

Bu gün Rusiya Federsiyasının paytaxtı Moskvanın Aleqsandrovski bağında qəhrəman şəhərlərin büstü durursa, onda qələbənin əldə olunmasında əvəzsiz xidmətləri olmuş Bakının adı yazılan büst və ya löhvə niyə olmasın. Axı İkinci Dünya müharibəsində alman faşizim üzərində qələbənin əldə olunmasında, Azərbaycan xalqının və paytaxt Bakının misilsiz rolu olmuşdur. Əgər “Qəhrəman şəhə” adını alanlar dağıntıya məruz qalaraq onu almışlarsa, Bakının əhalisinin min bir çəkdiyi əziyyət nəticəsində bütün dünya faşizimdən xilas olmuşdur.

Buna görə, Azərbaycan Milli Məclisi, Azərbaycanın bir neçə rayon və şəhərlərinin adlarının dəyişdirdiyihaqqında qərar qəbul etdiyi kimi, Bakıya “Qəhraman şəhər” Fəxri adı verilməsini ilə bağlı qərar qəbul edərək, Azərbaycan Respublikasının prezidentinə göndərməli, prezident isə Fərman imzalayaraq, icra olunması üçün, Azərbaycan Respublikasının Nazirlər Kabinetininə göndərməlidir.

Azərbaycan Milli Məclisinin Bakının “Qəhraman şəhər” Fəxri adının veriməsi ilə bağlı çıxardığı qərara və müraciətə, Rusiya Federasiyasınin Dövlət Duması və Müsdəqil Dövlətlər birliyinə üzv olan dövlətlər biganə qalmamalıdır.

Gecdə olsa, Bakıya “Qəhraman şəhər” Fəxri adın verilməsi tarixi ədaləti bərpa etmiş olardı. Buna görədə İkinci Dünya müharibəsinin başa çatmasının 75 ci il dönümü münasibəti ilə, Bakıya “Qəhraman şəhər” Fəxri adın verilməsi həm mənəvi, həmdə çox ədalətli qərar olardı.

Tarixi ədalət bərpa edilərək Bakıya “Qəhraman şəhər” Fəxri adı verilərək, Bakı öz layiq olduğu qəhraman adını daşımalıdır. Bakıya “Qəhraman şəhər” Fəxri adı verilməsi, illərdən bəri Azərbaycan xalqının arzuladığı və uzun mütdətdir ki, səbirsizliklə gözlədiyi tarixi ədalətsizliyə son qoyaraq, Azərbaycan xalqının müharibə illərində nümayiş etdirdiyi qəhrəmanlığın, döyüşlərdə həlak olmuş 420 min və müharibədən sonra isə vəfat etmiş 19390 soydaşlarımızın xatirələrinin daymi əbədiləşdirəcəkdir.

Bu gün, Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçılarından sağ qalan rəsmi statistik sayı 600 nəfə müharibə vetranı, 12520 nəfər isə bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, həmin müharibə illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsi və mühasirəsi iştirakçıları vardır.

Naxçıvan Muxtar Respublikası üzrə isə İkinci Dünya müharibəsi iştirakçılarından sağ qalan rəsmi statistik sayı 1060 nəfərdir. Bunlardan 26 nəfər İkinci Dünya müharibəsi iştirakçısı, 1034 nəfər isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin illərdə arxa cəbhədə fədakarlıq göstərmiş insanlardır. Bu gün İkinci Dünya müharibəsi iştirakçıları xalqımızın canlı səlnaməsidirlər!

Amma təsüflər olsun ki, İkinci Dünya müharibəsindən 75 il keçsədə, bu günə kimi, Bakı öz layiq olduğu “Qəhraman şəhər” Fəxri adı verilməmiş, nədəki, paytaxtı Bakı şərərində İkinci Dünya müharibəsnin iştirakçılarının xatirələrini əbədləşrirmək üçün ŞƏRƏF müzeyi yaradılmamışdır. Bunun vətənpərvərlik baxımdan xalqımız üçün böyük önəmi vardır.

Biz də öz növbəmizdə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun, Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək Mərkəzin kolektivi İkinci Dünya müharibəsin 75-ci il dönümü münasibəti ilə, 1941-1945-ci illər İkinci Dünya müharibəsində həlak olanlara ALLAH rəhmət etsin, qalanlarına isə uzun ömür, can sağlığı  arzu edirik.

Hörmətlə, Əfqanstan və Qarabağ müharibəsinin veteranı,Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun,və Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərininhəllinə dəstək Mərkəzin direktoru SƏRRAF ORUCOV