Fələstində ölən jurnalistlərin sayı 182-yə çatıb

 Fələstinin Qəzza zolağında davam edən döyüşlər zamanı azı 182 jurnalist həlak olub.

Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“Bütün Qəzza zolağında jurnalistlər üçün vəziyyət inanılmaz dərəcədə çətin və təhlükəlidir”, – deyə telekanal qeyd edib.

Kanal iddia edir ki, mülki ərazilər və infrastruktur tez-tez hədəfə alınır və hərbi hava hücumlarına məruz qalır, bu da jurnalistlərin hadisələri təhlükəsiz şəkildə işıqlandırmasını çətinləşdirir.