Ukrayna lideri Volodimir Zelenski Polşa tərəfini Rusiya ilə münaqişəyə cəlb etmək istəyir.
Bunu Polşa hökumət başçısının müavini və rəqəmsallaşma naziri Kşiştof Qavkovski “Radio Zet”də açıqlamasında deyib.
“Zelenski Polşanın Ukrayna üzərindən Rusiya raketlərini vurmasını istəyir, bu o deməkdir ki, Polşa Rusiya ilə müharibəyə girsin”, – siyasətçi deyib.
Qavkovskinin sözlərinə görə, Zelenskinin tələbləri Varşavaya çoxlu borcu olan bir ölkənin rəhbərinə yaraşmır. O xatırladıb ki, Polşa Ukraynaya hərbi texnika və humanitar yardım göndərib və Kiyevin maddi-texniki təchizatı üçün də mühüm əhəmiyyət kəsb edir.
Nazir əlavə edib ki, Zelenski Polşa hakimiyyətinə “təşəkkür etməli”dir.