İranda zəlzələ oldu – Xəsarət alanlar var

\ İranın şimalında yerləşən Germsar şəhəri yaxınlığında 4,6 maqnitudalı zəlzələ nəticəsində azı 9 nəfər xəsarət alıb.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Bütün yaralıların yüngül bədən xəsarətləri aldığı bildirilib. Həmçinin zəlzələdən sonra şəhərdə bəzi abonentlərin işıq və internet bağlantısının kəsildiyi qeyd olunub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, təxminən 49,4 min insanın yaşadığı Germsar şəhərindən 5 km şimal-şərqdə baş verən zəlzələ yerin 35 km dərinliyində qeydə alınıb.