Rusiya qoşunları Donbasda hücuma keçib. Bu hücumun ümumi cəbhəsi 70 km-dir.
Bunu finlandiyalı hərbi ekspert Emil Kastehelmi deyib.
O qeyd edib ki, ruslar son günlər Donetsk vilayətinin Uqledar, Kuraxovo və Selidovo ərazilərində irəliləyişlərini gücləndiriblər.
Kastehelmi qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, artıq bir neçə gün ərzində 100-dən çox toqquşma baş verib. Ekspert bunu Rusiyanın vahid genişmiqyaslı hücumunun bir hissəsi hesab edir:
“Ruslar bu yaxınlarda Donetskin şərqində və cənubunda 70 km genişlikdə cəbhədə böyük bir hücuma keçdilər. Bu zərbə cəmi bir neçə gün ərzində bir çox bölgələrdə Ukrayna müdafiəsini yarıb. Ümumi vəziyyət çox narahatedicidir və ukraynalılar tükəniblər. Qarşıdan gələn qış çətin keçəcək”.