ABŞ-dan İrana növbəti xəbərdarlıq: İsrailə hücum etsə…

 İranın İsrailə mümkün hücumları Tehranın maraqları üçün son dərəcə mənfi nəticələrə səbəb olacaq.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Qətər hökumətinin başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Biz həmçinin, İsrailə qarşı növbəti hücumların İranın maraqları üçün son dərəcə mənfi nəticələrə səbəb olacağını İrana çox aydın şəkildə çatdırmaq üçün regiondakı tərəfdaşlarımızla işləməyə davam edirik”, – deyə o bildirib.