Gənc aktyor üsyan etdi

Tanınmış gənc aktyor Niftalı Namazlı üsyan edir. 
“Bu gün gənc aktyorların sənətinə qiymət verən yoxdur”
Bu sözləri gənc aktyor Niftalı Namazlı Xalqxeber.az-a açıqlamasında deyib. 
Aktyor, sənətin gözdən düşəcəyindən narahatlığını dilə gətirib: “Hər serialda çəkilən adam aktyor və aktrisa deyil. İstedadları olanlar bu işlə məşğul olsunlar, amma elələri də var ki, istedadı sıfırdır. Hər yoldan keçən özünə aktyor, aktrisa deyə bilirsə, onda əsl peşəkarlar neyləsinlər?
Bu hal məni də narahat edir, çünki onlar bu sənətin adını aşağı salırlar”. 
Niftalı Namazlı, yaşı ötmüş və əvvəlki potensialı qalmayan kadrlara da söz atıb. Belə ki, O, açıqlamasında qeyd edib ki, yaşlı aktyorlar qısqanclıq zəmnində gənc aktyorların irəliyə getməsinə və məşhurlaşmasına mane olurlar. Bir sözlə şöhrət qazanmasını həzm edə bilmirlər. Dövlət tərəfindən aktyorlara maliyyə yardımı göstərilsədə bəziləri tərəfindən bunun qarşısı alınır nəticədə aktyorluq sənəti inkişaf edə bilmir. Əsl aktyorluq sənətinə yiyələnmiş şəxslər bu neqativ halın nəticəsində dolanışıq üçün başqa sahələrə üz tuturlar. Ona görə də Azərbaycanda bir qrup şəxslər tərəfindən aktyorluq sənəti məqsədli şəkildə məhvə doğru sürüklənir. Yaxşı olar ki, gənc aktyorlara maliyyə yardımı göstərsinlər ki, onlar da öz sənətini peşəkar səviyyədə inkişaf etdirə bilsinlər. Son dövrlər televiziyalarda yayımlanan seriallara baxsanız aktyorluq sənətinin hansı səviyyədə olmasının şahidi olacaqsınız. Ona görə də cəmiyyət efirlərdə yayımlanan yerli seriallara baxmır və aktyorların süniliyi insanlarda bu sənətə qarşı qıcıq hissi yaradır. Bu gün aktyorluqdan xəbəri olmayanlar seriallarda yer alır və sənəti ucuzlaşdırır. Çünki kimisi filankəsin məşuqəsi digəri isə məmurun yaxın adamı. Hamısı tapşırıqla seriallara çəkilən adamlardır. Onların heç birinin bu sənətdən nə anlayışı nə də savadı var.



Mənbə