Bakı metrosunda yaşanan problemin riyazi qanunauyğunluqları – ELMİ-LƏDUN

“Biz hər şeyi sayıb yazmışıq”. Quran, “Xəbərdarlıq” surəsi

Xəbər verildiyi kimi, dünən (19.10.24) Bakı metrosunda problem yaşandı. Nəticədə qatardakı sərnişinlər 25 dəqiqə tuneldə sıxlıqda qaldılar ki, bu da insanlar arasında ciddi həyəcan və təşvişə səbəb oldu… Elmi-lədun heablamalarımız göstərir ki, insanları həyəcana salan bu hadisə təsadüfü olmayıb, ciddi qanunauyğunluğa tabedir və ölkədəki haqsızlığa, ədalətsizliyə, kütləvi pozğunluğa Allahın reaksiyasıdır (xəbərdarlığıdır). Öncə qeyd edək ki, tunel həm də bu dünya ilə o dünya arasındakı keçidə işarədir. İnsanların kütləvi şəkildə tuneldə sıxışıb qalması, qorxu-həyəcan keçirməsi xüsusi bir mesajdır: sizlər böyük bir bəlanın astanasında, keçidindəsiz. Hadisənin Allaha (Onun elminə, kitabına) bağlandığını və xəbərdarlıq olmasını aşağıdakı hesablamalardan görmək olur:

1) İnsanlar tuneldə qalan gün Astarada baş verən və bölgə əhalisini həyəcanlandıran (28 iyun) 5,2 bal zəlzələnin 114-cü (!) günüdür ki, bu da Quran rəmzi olmaqla, hər iki hadisənin Allahdan xəbərdarlıq olmasını sübut edir.

2) Metroda yaşanan həyəcan Respublika Perinetal Mərkəzin doğum şöbəsində baş verən yanğınla da əlaqələnir (bu ilin 9 yanvarında baş verən həmin yanğın 4 körpənin ölümü ilə nəticələnmişdi). Belə ki, bu iki həyəcanlı hadisə arasında 286 (!) gün fərq vardır ki, bu da Kəbədə saxlanan orjinal Quranın səhifələrinin sayıdır və Yaradanın rəqəmsal imzası olaraq bütün bu kimi hadisələrin üzərinə “vurulduğunu” görürük…

3) Xatırladaq ki, 06.12.2022-ci il tarixdə DSX-nin Akademiyasında yanğın baş verdi. Dünən metroda həyəcan yaşananda həmin yanğının 686-cı günü idi ki, bundan da Quranın səhifələrinin sayını çıxanda surələrinin sayı qalır və hadisənin Allahdan xəbərdarlıq olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir…

4) Nəhayət, Qurana dövlət səviyyəsində üçüncü dəfə əl basılmasının 4016-cı günüdür ki, bundan da tövbə və cəza rəmzini (555) çıxsaq, yenə də Quranın surə və səhifələrinin cəmi görünər və hadisənin Allahdan xəbərdarlığı olması barədə iddiamızı bir daha təsdiq edər:

4016 – (555+555+555) – (555+555+555) – (286+286) = 114

Və s.
NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, dünən metro tunelində insanların yaşadıqları həyəcan təsadüfü olmayıb, yolun azmış, kütləvi şəkildə pozğun həyat tərzinə meyillənən xalqımıza və onun zülm etməkdə həddi aşan rəhbərlərinə çox ciddi (!) xəbərdarlıqdır. Bildiyim (və hiss etdiyim) qədər bəla artıq qapımızın ağzındadır (yuxarıda sadaladıqlarım bəla deyil, xəbərdarlıq sayılır) və bəlanı görən andan etibarən tövbə qapıları bağlı olacaq! Yəni, o ana qədər tövbə edərək, gələn böyük bəladan (hansı ki, həmin bəladan ancaq 29 faiz insan xilas ola biləcək) qurtula bilərsiniz. Çalışın fürsəti qaçırmayın. Sevdiklərinizin də xilas olmasını istəyirsinizsə bu yazını onlara da göndərin. Nə bilmək olar, bəlkə oxuyub, onlar sizdən öncə tövbə edəcəklər?! Allah hamınıza tövbə nəsib etsin. Məndən bu qədər. Hesab edirəm ki, üzərimə düşən vəzifəni yerinə yetirdim. Bundan sonrası sizdən aslıdır.

“Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”.
“Quran”, 17:16-17

Xəbərdarlığı çatdırdı: Paşa Yaqub Pangeyist