Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gənc Vətənpərvərlər “İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclər vətənpərvərlik ruhunda “adlı layihə çərçivəsində , növbəti təşəbbüs Azərbaycan Dövlət Neft və Sənaye Universtetin nəzdində Azərbaycan Sənaye və Texnologiya Kollecində tədbir keçirilib.
15 oktyabr -da keçirilən tədbir QHT Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İctimai Birliyin bu tədbiri gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi , İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma, şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanlarının və milli-mənəvi dəyərlərinin gücləndirilməsinə yönəlmişdi. .
Yekun tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universtetin nəzdində Sənaye və Texnologiya Kollecin tərbiyə işlər üzrə direktor müavini Firuzə Fərmanlı açdı.O,tələbələri daima vətənpərvər və intellektual səviyyələrini artırmağa, inkişafa çağırdı.
və tələbələri layihənin icrasında fəal iştiraklarına görə təbrik etdi.
Layihənin rəhbəri ,ictimai xadim Müqamət Əliyev tələbələri layihənin icrasında fəal iştiraklarına görə təbrik etdi.
Sonra o,qeyd etdi ki, Gənclərin vətənpərvər ruhda böyümələrində, Qarabağı azad edən qəhrəman zabit və əsgərlərimizin üzərində müəllimlərin də böyük zəhməti var.
Azərbaycan Dövlət Sənaye və Texnologiya Kollecində “Gənclərin vətənpərvərlik ruhu” adlı layihəsinin yekun tədbirində tələbələrə , layihə çərçivəsində üzərində QHT Dövlət Dəstəyi Agentliyin və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş qovluq,blaknot ,qələm və Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir ” mövzusunda inşa yazısı müsabiqəsinin nominasiyaları üzrə 1,2-3-cü yerlərin qalibi olmuş iştirakçılara Sertifikat və hədiyyələr, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunmuşdur. Hədiyyələrin təqdim olunmasında Kollecin tədris işləri üzrə direktor müavini F.Fərmanlı , müəllimələr Rəna İsmayılova,Yaqut Əzizova iştirak etdilər.
Layihə iştirakçıları əsasən 16-18 yaş arası olan gənclərdən ibarət olub.
Tədbirdə,Azərbaycan Dövlət Sənaye və Texnologiya Kollecin tələbələri, Kolecin müvafiq struktur rəhbərləri ,
GVİB-n İdarə Heyəti,Qarabağ qaziləri və QHT –n nümayəndələri iştirak ediblər.
Yekun tədbirin sonunda layihə rəhbəri M.Əliyev pedaqoji heyətə və tələbələrə təhsildə uğurlar arzuladı.
Qeyd edək ki, layihə QHT Dövlət Dəstəyi Agentliyin dəstəyi ilə həyata keçirilir.
GVİB-n mətubat və informasiya şöbəsi