Amerika Birləşmiş Ştatları və bir sıra Qərb ölkələri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində işləmək prosesinə girməyə çalışırlar.
Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məsələlərini şərh edərkən deyib.
“Bildiyiniz kimi, ABŞ və bir sıra digər Qərb ölkələri sülh müqaviləsi üzərində işləmək prosesinə girməyə çalışırlar. Amma bütün “qara işlər” Moskvada çözülür”.
Rusiya Prezidentinin köməkçisi qeyd edib ki, qərblilər öz hərəkətləri ilə danışıqlar prosesinə qoşulmaq və bununla da regional işlərə qarışmaq istəyirlər.