Azərbaycan-Rusiya əlaqələrinin Cənubi-Qafqaza təsirləri

Azərbaycan-Rusiya əlaqələri ,hər iki ölkə əsrlərlə davam edən tarixi münasibətlərə malikdir və bu əlaqələr həm sovet dövründən əvvəlki, həm də sonrakı mərhələləri əhatə edir. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan və Rusiya arasında əlaqələr yeni mərhələyə qədəm qoydu və müasir dövrdə bu münasibətlər bir çox sahədə inkişaf edir. İlk növbədə, bu iki ölkə arasındakı münasibətlər regionda siyasi dinamikanın formalaşmasına təsir edir. Azərbaycan Rusiya ilə yaxın qonşuluq əlaqələri saxlamaqla yanaşı, balanslaşdırılmış xarici siyasət yeridir . Bu əlaqələr tarixi, siyasi və iqtisadi faktorlara əsaslanır. Hər iki ölkə strateji tərəfdaş olmaqla, enerji sahəsində sıx əməkdaşlıq edir və bölgədəki təhlükəsizlik məsələlərində müəyyən razılaşmalara malikdir.

Azərbaycan-Rusiya münasibətləri siyasi baxımdan sıx əməkdaşlıq şəklində davam edir. Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm strateji tərəfdaşıdır. Hər iki ölkə beynəlxalq arenada bir-birinin mövqelərini dəstəkləyir və müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər. Azərbaycan, Rusiyanın Cənubi Qafqazdakı maraqlarını nəzərə alaraq, balanslaşdırılmış xarici siyasət yürüdür. Eyni zamanda, Rusiya Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi rolunu oynayır və Qarabağ müharibəsindən sonra bölgədə sülhməramlı qüvvələrini yerləşdirib.

Rusiya və Azərbaycan arasında iqtisadi münasibətlər, xüsusilə enerji və ticarət sahəsində mühüm əhəmiyyət daşıyır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Hər iki ölkə arasında təbii qaz, neft və digər enerji resursları sahəsində əməkdaşlıq mövcuddur. Azərbaycanın enerji ixracı və tranzit layihələri də Rusiyanın diqqət mərkəzindədir. Bundan əlavə, qeyri-neft sektorunda da iki ölkə arasında əməkdaşlıq
mövcuddur və Azərbaycandan-Rusiyaya və Rusiyadan-Azərbaycana qeyri-neft sektorunda həm ixrac həm də idxal prosesləri həyata keçirilir. Bununla yanaşı, Azərbaycan və Rusiya arasındakı iqtisadi əlaqələr daha çox enerji və ticarət üzərində qurulub. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında hər il milyonlarla dollarlıq ticarət əməliyyatları həyata keçirilir.
Rusiya Azərbaycanla hərbi əməkdaşlıq sahəsində də tərəfdaşdır. Azərbaycan Rusiyadan müxtəlif silahlar alır və hərbi texnologiya sahəsində əməkdaşlıq edir. Bununla yanaşı, Azərbaycan və Rusiya arasında təhlükəsizlik və regional sabitlik məsələlərində də qarşılıqlı maraq mövcuddur.
Azərbaycan və Rusiya arasında mədəni və humanitar sahədə də sıx əlaqələr var. Rus dili Azərbaycanda geniş yayılıb və təhsil sahəsində rusdilli məktəblər və universitetlər fəaliyyət göstərir. Həmçinin, iki ölkə arasında mədəniyyət və elm sahəsində də əməkdaşlıq davam edir.

Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli və dərin inteqrasiyaya malikdir. Bu əlaqələr həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə inkişaf edir. Azərbaycanın balanslı xarici siyasəti və Rusiya ilə strateji tərəfdaşlığı regionda sabitlik və inkişafın təmin olunmasına yönəlib. Həmçinin Rusiyanın Qarabağda dirçəlişi ilə bağlı dəstək göstərməsi əlaqələrin inkişafına yönəlmişdir. Son illərdə Rusiya, xüsusilə 2020-ci ildəki müharibədən sonra regionda nüfuzunu qorumaq və gücləndirmək məqsədilə bir sıra addımlar atıb.
İqtisadi dəstək və infrastruktur layihələri həyata keçirmişdir.Rusiya, müharibədən sonra regionun bərpasına və inkişafına yardım edə biləcək müxtəlif iqtisadi layihələrdə iştirak edir. Qarabağda infrastrukturun bərpası, nəqliyyat dəhlizlərinin yaradılması və digər iqtisadi təşəbbüslərlə Rusiyanın regiona təsirini artırmaq məqsədi güddüyü ehtimal olunur.
Humanitar yardımlar,Rusiya həmçinin humanitar sahədə dəstək göstərərək, bölgədə sosial infrastrukturun inkişafına və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş layihələr olmuşdur.Bu əlaqələrin gələcəkdə necə inkişaf edəcəyi isə həm Cənubi Qafqazın, həm də beynəlxalq münasibətlərin ümumi mənzərəsindən asılı olacaq.Həmçinin ölkə Prezdentləri bir sıra səfərlər həyata keçirilir və bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin avqustun 19-da Azərbaycana iki günlük rəsmi səfər edib. Səfər zamanı Rusiya və Azərbaycan arasında bir sıra sənədlər imzalanıb. Səfər çərçivəsində Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi, eləcə də aktual beynəlxalq və regional məsələlər müzakirə olunmuşdur. Rusiya prezidenti Azərbaycan prezident İlham Əliyevlə görüş zamanı Moskvanın Azərbaycan və Ermənistan arasında sülh prosesində vasitəçilik səylərini davam etdirməyə sadiq qaldığını bildirib

Səfərin yekununda dövlət başçılarının birgə bəyanatının qəbul edilmiş və hökumətlərarası, eləcə də digər sənədlərin imzalanmışdır.

Azərbaycan-Rusiya əlaqələrinin Cənubi Qafqaza təsirləri bir çox sahədə özünü göstərir və regionun geopolitik mənzərəsinə əhəmiyyətli təsir edir. Tarixi əlaqələrdən irəli gələrək, bu iki ölkə arasında olan siyasi, iqtisadi və hərbi əməkdaşlıq Cənubi Qafqazın sabitliyinə və inkişafına mühüm təsir göstərir.

Azərbaycan və Rusiya arasındakı siyasi əlaqələr regionun güc balansını müəyyən edən əsas amillərdən biridir. Rusiya, Cənubi Qafqazda strateji maraqları olan böyük güclərdən biridir və bu maraqların qorunmasında Azərbaycanla əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Azərbaycanın isə öz növbəsində, Rusiya ilə yanaşı Qərb dövlətləri ilə də balanslı xarici siyasət yürütməsi, regionda sabitliyin qorunmasına və Azərbaycanın strateji mövqeyinin möhkəmlənməsinə şərait yaradır. Eyni zamanda, Rusiya Qarabağ münaqişəsində vasitəçi rolunu oynamış və bölgəyə sülhməramlı qüvvələr yerləşdirərək münaqişə sonrası dövrdə təhlükəsizliyi təmin etməyə çalışmışdır.

Azərbaycan və Rusiya arasındakı iqtisadi əməkdaşlıq Cənubi Qafqazın iqtisadi inkişafına və enerji siyasətinə birbaşa təsir edir. İki ölkə arasında enerji və nəqliyyat sahələrində əməkdaşlıq regionun iqtisadi stabilliyinə töhfə verir. Rusiya, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, regionun enerji layihələrində də aktiv iştirak edir. Eyni zamanda, qeyri-neft sektoru sahəsində də iqtisadi əlaqələrin genişlənməsi Cənubi Qafqazda iqtisadi inteqrasiyanı gücləndirir.

Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına əhəmiyyətli təsir göstərir. Qarabağ müharibəsindən sonra bölgədə yerləşdirilən Rusiya sülhməramlı qüvvələri, regionda sülhün qorunmasına yönəlmişdir. Bununla belə, Rusiyanın Cənubi Qafqazdakı hərbi varlığı bəzi narahatlıqlar doğura bilər, lakin Azərbaycan bu əlaqələrdə balanslı siyasət yürüdərək regional sabitliyi qorumağa çalışır.

Ümumilikdə, Azərbaycan-Rusiya əlaqələri Cənubi Qafqazın gələcəyi üçün mühüm rol oynayır. Bu əlaqələrin güclənməsi və ya zəifləməsi bölgədəki digər ölkələrin strateji seçimlərinə, həmçinin regional sabitlik və təhlükəsizlik məsələlərinə təsir edə bilər.

 

Əhədəmin Heydərli
Azərbaycan Universteti