Qətər Ermənistana bütün uçuşları ləğv etdi

Qətər Hava Yolları Ermənistana bütün uçuşları ləğv edib.

Bu barədə Qətər Hava Yolları məlumat yayıb.

“Regional gərginlik fonunda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə şirkət aşağıdakı istiqamətlərə – Ermənistan, İordaniya, İran, İraq, Livan və Qazaxıstana bütün reyslərini qeyri-müəyyən müddətə təxirə salıb”, – məlumatda deyilib.