Ukrayna müdafiə naziri dörd müavinini işdən azad edib

 Ukraynanın müdafiə naziri Rüstəm Umerov dörd müavininin işdən azad edilməsi üçün ərizə verib.

Bu barədə nazir teleqram kanalında məlumat verib.

“Mən müdafiə nazirinin müavinləri – Stanislav Hayderin (nazirin Ofis rəhbəri vəzifəsinə keçir), Aleksandr Sergeyevin, Yuri Ciqirin, Lyudmila Daraqanın (dövlət katibi) işdən azad edilməsi barədə Nazirlər Kabinetinə təqdimat imzaladım”, – məlumatda bildirilib.