“Bu təqdirdə NATO üçün ən böyük risk yaranacaq” – Stoltenberq

 “NATO üçün ən böyük risk Rusiyanın Ukraynadakı münaqişədə qalib gələcəyi təqdirdə yaranacaq”.

Bunu “Reuters” agentliyinə müsahibəsində NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Rusiya hərbi güc tətbiq edəndə və NATO müttəfiqlərini təhdid edəndə istədiyinə nail oldu və bu, hamımızı daha həssas vəziyyətə saldı”, – Y. Stoltenberq əlavə edib.