İranın 3 sərhədçisi öldürüldü

 İranın Sistan və Bəlucistan əyalətinin Cekiqur sərhəd alayının Murtan sərhəd dəstəsinin iki sərhədçisi naməlum silahl şəxslərin atəşi nəticəsində həlak olub.

Bu barədə Sistan və Bəlucistan Sərhəd Mühafizəsinin komandanı Rza Şücai məlumat verib.

O, bununla yanaşı ötən gecə əyalətin Zabul sərhəd alayının sərhədçilərindən birinin də silahlı hücum nəticəsində öldürüldüyünü bildirib.

Silahlı hücumun məsuliyyətinin hələlik heç bir təşkilat öz üzərinə götürməyib.