Ucuz olanda daha yaxşı idi: BAHA interNETİN ÇORBASI OLMAZ… – BELƏ DAVAM EDƏRSƏ…

Aztelekom və ardınca da digər özəl şirkətlər internetin qiyməti 25 manata qaldıraraq sürətin 100 mbit/san-yə qaldıracağını elan etdikdən sonra şikayətlər sürətlə artmağa başlayıb…

Poliqon xəbər verir ki, bu barədə sosial şəbələrdə çoxlu şikayətlər səsləndirilir. Bu şikayətlərin əksəriyyəti əslində 25 manatlıq tarifdə sürətin 100 mbit/san olmaması ilə əlaqədardır.

Əksəriyyət şikayətçilər qeyd edirlər ki, yeni müqaviləyə əsasən minimum 25 manatlıq tarifdə sürətin 100 mbit/san olacağı (1 mbit/san=0.25 azn) bildirilsədə testlərdə ən yaxşı halda ortalama 40-50 mbit/san sürət müşahidə edilir. Müxtəlif cihaz və fərqli tətbiqlərdə aprılan testlər, ruterin söndürülüb yandırılması, texniki şöbədən aparılan yenilənmə nəticələri dəyişmir.

Şikayətçilər qeyd edirlər ki, Aztelekom-un 170 nömrəsinə edilən müraciətlərə qısa, konkret və şablon cavabları bu formada olur:
“Sizin hazırda istifadə etdiyiniz ruter 5g (5 ghz) dəstəkləmədiyi üçün sürət aşağıdır. Bu problemin yaşayan abonentlərə tövsiyyə edirik yeni 5g dəstəkləyən ruter alsınlar”.
Qısaca deyirlər, biz qiyməti qaldırmışıq və sizdən həmin məbləği alırıq ama bizim verdiyimiz modem yeni tarif üçün yaramır. Gedin yeni modem alın.

Məsələ burasındadır Aztelekom şirkəti tarif dəyişikliyi edəndə heç bir abonentdən razılıq almadan birtərəfli olaraq müqaviləni dəyişib və bu zaman öz abonentlərini köhnə modemləri işə yaramayacağı ilə bağlı xəbərdar etməyib. Yəni abonentlərin böyük qismi üçün qiymətlər artsa da, internetin sürətində heç bir dəyişiklik olmayıb. Hazırda maksimun 40 mbit/san internet sürətilə təmin edilən abonentlərdən isə niyə 2.5 dəfə çox, yəni 10 manatlıq internet sürəti üçün 25 manat tələb edilir.

Qeyd edək ki, ən azından köhnə modemlər üçün internetin qiyməti əvəlki səviyyədə saxlanıla bilər. Çünki Aztelekom-un abunəçiyə verdiyi internet məhz o qədəedir.

Poliqon.info