“VMR Estetik” klinikasında mədəsini kiçiltmək istədi… CANINDAN OLDU – TƏFƏRRÜAT

Tarix:

Bu gün, 10:13

/ 49 dəfə oxundu.

Gəncədə mədəkiçiltmə əməliyyatı olunan şəxs vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, sentyabrın 21-i Gəncə şəhərindəki özəl klinikaların birində mədəkiçiltmə əməliyyatı etdirən və həmin klinikada müalicə alan Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova dünən ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

***

Əldə etdiyimiz məlumata görə, hadisə Gəncədə fəaliyyət göstərən “VMR Estetik” klinikasında baş verib.



Mənbə