Ukrayna dronu yaralı rusiyalı əsgərə belə yardım etdi – Video

Tarix:

Bu gün, 16:40

/ 0 dəfə oxundu.

 Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda döyüş meydanından maraqlı görüntülər yayılıb. Belə ki, Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatı rusiyalı yaralı əsgəri öldürmək əvəzinə ona yardım edib.
Həmin anın görüntülərini Ukrayna ordusunun 54-cü Briqadasının tərkibinə daxil olan “K-2 Batalyonu” yayıb.
Bildirilir ki, Ukraynaya məxsus PUA rusiyalı hərbçilərin mövqeyinə hücumdan sonra sağ qalanların axtarışı ilə məşğul olarkən sözügedən yaralı əsgəri aşkar edib. PUA onun olduğu yerə əl bombası atsa da, rusiyalı əsgər həyatda qala bilib. O, daha sonra sürünərək gizləndiyi yerdən çıxıb və öldürülməməsini istəyib.
Buna cavab olaraq PUA-nı idarə edən operator ona kömək etmək qərarına gəlib və yaralı əsgərə su və səngərdən Ukrayna mövqelərinə tərəf necə gedə biləcəyinə dair qeyd göndərib.
Videodan rusiyalı əsgərin üzərində olan ağrıkəsicini özünə iynə ilə vurduğunu da görmək mümkündür.
Rusiyalı əsgər bu yardımın qarşılığında təşəkkür edib və dronu izləyərək Ukrayna mövqelərinə tərəf gedib və onlara təslim olub.
Bununla belə, görüntülərin nə vaxt və harada çəkilməsinə dair dəqiq məlumat olmasa da, hadisənin yayın sonu Donbas bölgəsində baş verdiyi güman edilir.
Bu görüntülər sosial şəbəkələrdə və dünya mediasında maraqla qarşılanıb.



Mənbə