Azərbaycanda brakonyerlik fəaliyyətinə qarşı dövlət son illər ciddi mübarizə aparır. Ancaq görülən tədbirlər və aparılan mübarizə hələ də brakonyerlik fəaliyyətinin qarşısını ala bilmir. Su hövzələrində balıq ovlanmasının böyük bir hissəsi yenədə brakonyerlərin payına düşür…
AzFakt.com-a verilən məlumata görə son illər Kür çayının hövzələrində gizli brakonyerlik fəaliyyəti azalmaq əvəzinə artıb. Saytımıza göndərilən görüntüdə Kür çayının Mingəçevir Su Anbarının yaxınlığındakı hövzəsində balıqların kütləvi şəkildə qırılması göstərilir.
Apardığımız kiçik araşdırmada məlum oldu ki, balıqların kütləvi şəkildə çay qırağına çıxması onların zəhərlənməsi yada cərəyanla vurulması ilə bağlıdır. Görüntüyə diqqətlə baxanda balıqların daha çox zəhərlənməsi ehtimalı artır. Belə ki, brakonyerlik fəaliyyəti ilə məşğul olan şəxslər həmin su hövzəsinə balığın ağ ciyərini zədələyən dərman töküblər.
Məsələ ilə bağlı əraziyə nəzarət edən qurum olan 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə sorğu ünvanladıq. 10 RETSİ-nin ərazi üzrə müffətişi baş verənləri təsdiqlədi və bildirdi ki, AQTA-nın nümayəndəsi ilə həmin əraziyə baxış keçirsəkdə, çay hövzəsində maddi sübut kimi ölmüş balıq tapa bilmədik. Ona görədə 10 saylı RETSİ balıqların kütləvi çay kənarına ölü halda çıxmasına münasibət bildirə bilməyəcək.
Bildirək ki, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi İdarənin fəaliyyət istiqamətlərindən biri təbii sərvətlərin öyrənilməsi, bərpası və mühafizəsi, onlardan səmərəli istifadə olunması, bu sahədə ekoloji təhlükəsizliyin təmin edilməsi və bioloji müxtəlifliyin qorunub saxlanılması üzrə dövlət siyasətini həyata keçirməkdən ibardətdir. Ancaq Kür çayında balıqların kütləvi zəhərlənərək çıxarılması onu göstərir ki, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçiləri öhdəlikləri ilə bağlı ya məsuliyyətsiz davranırlar, yada məsələyə hansısa maraqlar naminə göz yumurlar.