Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a gedən İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək.
“Mehr” Agentliyinin məlumatına görə, görüşün BMT binasının qarşısındakı Türk evində keçiriləcəyi gözlənilir.
Bu, Pezeşkian prezident seçildikdən sonra Türkiyə lideri ilə ilk üz-üzə görüşü olacaq.