İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərindəki kömür mədənində partlayış baş verib.
Bu barədə İSNA məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 30 nəfər ölüb, 17 nəfər yaralanıb.
Qəzaya mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub. Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.
Qeyd edilib ki, 250 metr dərinlikdə yerləşən mədəndə partlayışdan sonra yanğın olmayıb.