Qəzaya düşdünsə… sığortan `Atəşgah`dandırsa… QƏZAN MÜBARƏK! – GİLEY

“Şikayətim “Ateshgah Insurance” sığorta şirkətindəndir. Dia-az.İnfo xəbər verir ki, bu barədə “Müştəriyəm Şikayətim Var” sosiual qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra yazır: “Avqustun 30-u avtomobilimi vurublar, sentyabrın 4-ü servisə yönləndiriblər. Sentyabrın 5-i 540 manat qiymətləndiriblər. Tək “bufer”in işlənmiş qiyməti 400 manatdır… əlavə xərcləri hələ demirəm…

Servisin ustası deyir ki, burda saxlayıb, bizə təmir etdirsən, təzə “bufer” qoyacam, yox başqa ustaya aparsanız yazacam “bufer”in temiri… Yəni birbaşa olaraq alverçilik edirlər.

Ayın 5-i “Atəsgah”a şikayət etdim. Dedilər şikayətiniz qeydə alındı. Bu gün (dünən -red.) yenidən zəng etmişəm, deyirlər, şikayətiniz qeydə alındı…

10 gündür eee… Maşını sürə bilmirəm… qalıb həyətdə…”