Bədəl Bədəlov bundan sonra milyonlarını deputat çətiri altında qoruyacaq – GÖRÜNƏNİ BUDUR…

“Məlum olduğu kimi, SOCAR-ın sabiq vitse-prezidenti Bədəl Bədəlov cari parlament seçkilərində 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən Milli Məclisə üzv seçilib. Adı hər zaman rüşvət və korrupsiyada hallanan Bədəl Bədəlovun parlamentdə təmsil olunmağına səbəb isə, onun bunca illər ərzində yığıdığı yüz milyonlarla manatlıq sərvəti hifz etmək, qorumaq istəyidir”. Bu barədə Dia-az.İnfo-ya göndərilən məaqlədə deyilir.
Məqalədə daha sonra bildirilir: “SOCAR-ın vitse-prezidenti postundan uzaqlaşandan sonra qanunsuz yollalarla əldə etdiyi böyük sərvəti itirmək riski ilə üzləşən Bədəl Bədəlov, üzləşdiyi problemdən məhz deputat mandatına sahib olmaqla xilas olmaq niyyətindədir. Bədəl Bədəlov hesab edir ki, deputat toxunulmazlığı ona illər uzunu korupsiya və talançılıq yolu ilə əldə etdiyi milyonları qorumağa, öz biznesini uğurla davam etdirməyə imkan verəcək. Parlament tribunası Bədəl Bədəlova həm də müəyyən şəxs və dairələrə hədə-qorxu gəlmək, onları müəyyən məsələlərdə bazarlığa getməyə vadar etmək üçün lazımdır. Ehtimal ki, bunca illər ərzində hakimiyyət və biznes piramidasının zirvələrində qərarlaşan Bədəl Bədəlov, bundan sonra onun biznesi və sərvəti üçün təhlükə kəsb edən şəxs və qurumları Milli Məclisdə tənqid edəcək, bu yolla onlara çəkindirici təsir göstərməyə çalışacaq. Bu tənqiddən sonra Bədəl Bədəlov və onun yaxın çevrəsinin maraqlarına toxunan istənilən addımı isə özünə qarşı “qisas əməliyyatı” kimi dəyərləndirəcək, bundan özünün demokrat imicini formalaşdırmaq üçün istifadə edəcək”.

Gələn yazılarımızda sizi Bədəl Bədəlovun daşınmaz əmlaklarının siyahısı ilə tanış edəcək, onun hansı vətəndaşların əmlakını əlindən aldığını konkret faktlar əsasında diqqətinizə çatdıracağıq.

Bizi izləməyə DAVAM EDİN…

Dia-az.İnfo