Ermənistanda virusa yoluxan 92 xəstə qeydə alınıb. Bu xəstəlikdən bir nəfər ölüb.
Bunu Ermənistan Səhiyyə Nazirliyi Qərbi Nil qızdırmasından 3 nəfərin ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Nazirliyin məlumatına görə, yoluxma nəticəsində üç nəfərin ölməsi hələlik təsdiqləməyib.
“Ölümlərin xəstəliklə səbəb-nəticə əlaqəsi hələ qeydə alınmadığından bu məlumat təsdiqini tapmayıb”, – Səhiyyə Nazirliyi qeyd edib.
Bildirək ki, erməni mətbuatı Armavir vilayətində 3 nəfərin bu xəstəlikdən öldüyü barədə məlumat yayıb.