Jurnalist haqqındakı iddiaya cavab verdi: “Onu 10-12 il öncə cəmi bir tədbirdə görmüşəm”

Jurnalist Dəyanət Babayevlə bağlı xoşagəlməz iddialar yayılıb.

Yenicag.az xəbər verir ki, cinsiyyətini dəyişmiş bir şəxs sosial şəbəkələrdə Dəyanət Babayevlə sevgili olduğunu iddia edir.
Yayılan iddia ilə bağlı Yenicag.az-a açıqlamasında Dəyanət Babayev deyib ki, bu kimi iddialar yalan və şər-böhtandan başqa bir şey deyil.
“Belə bir münasibət olmayıb. Onu yalnız 10-12 il öncə müxalifət partiyasında təmsil olunan zaman cəmi bir dəfə tədbirdə görmüşəm. Daha sonra isə onunla əlaqəm olmayıb”, – deyə o bildirib.
D.Babayevin sözlərinə görə, böhtanın atılmasında isə məqsəd var.
“Bir neçə gün öncə bir iş adamının səs yazısı mediada yayıldı. Məndən həmin səsin silinməsi istənildi. Etirazımı bildirdikdə isə başıma bunların gələcəyinin anonsu verild. Belə şantajlar yalnız mənə qarşı olmayıb. Sosial şəbəkə hesabına nəzərə yetirsəniz, mənim kimi bir çox insan məhz bundan sonra belə çirkin iftiraya məruz qalıb.”, – deyə o, bildirib.