Gömrük Komitəsinin sədr müavini işdən çıxarıldı

Dövlət Gömrük Komitəsinin sədr müavini işdən çıxarılıb.

DGK-nin sədr müavini, gömrük xidməti general-mayoru Qasımov Cavad Mustafa oğlu vəzifəsindən azad edilib.

Qeyd edək ki, Cavad Qasımov 2018-ci ildən DGK-nin sədr müavini idi.

Xatırladaq ki, dünən Baş Prokurorluq Dövlət Gömrük Komitəsinin bir neçə əməkdaşının korrupsiya cinayətləri ilə əlaqədar həbs edilməsi barədə məlumat yayıb.(Unikal)