Kosovoda seçkilərin vaxtı AÇIQLANDI

 Kosovoda ümumi seçkilər 2025-ci il fevralın 9-da keçiriləcək.

Kosovo Prezidenti Vyosa Osmani siyasi partiyalar və Mərkəzi Seçki Komissiyası ilə məsləhətləşmələrdən sonra bu qərarın qəbul olunduğunu bildirib.

Qeyd edək ki, Baş nazir Albin Kurti fevralın 9-dək vəzifədə qalacağı təqdirdə 4 illik səlahiyyət müddətini başa vuran ilk hökumət başçısı olacaq.

Kosovoda sonuncu seçkilər 2021-ci ilin fevralında keçirilib və Albin Kurtinin rəhbərlik etdiyi “Vetëvendosje” partiyası səslərin 50 faizindən çoxunu toplayıb. A.Kurtinin başçılıq etdiyi hökumət 2021-ci il martın 22-də keçirilən etimad səsverməsindən sonra vəzifələrin icrasına başlayıb.