Feyziyevə məxsus olduğu deyilən şirkətə qarşı ittiham

Əczaçılıq sahəsində fəaliyyət göstərən “Dokta” ticarət qaydalarını pozmaqda ittiham edilir.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 452.4-cü İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi) maddəsi ilə protokol tərtib edilib.

İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib və hakim Şəfəq Məmmədovanın icraatındadır.

452.4-cü maddədə vəzifəli şəxslərin 1500 manatdan 2500 manatadək, hüquqi şəxslərin isə 5000 manatdan 7000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

“Dokta”nın Milli Məclisi V və VI-cı çağırış deputatı Cavanşir Feyziyevə məxsus olduğu deyilir.(Qaynarinfo)