Ülvi Quliyev çətin vəizyyətdə – Ümid Partiyasının namizədi susqun deputatın karyerasına son qoya bilər

Ümid Partiyası 15 saylı Yasamal birinci seçki dairəsindən namizədi Taleh Əliyev deputat Ülvi Quliyevin deputatlıq karyerasına son qoya bilər.

Reportyor.info xatırladır ki, Ülvi Quliyev də namizədliyini 15 saylı Yasamal birinci seçki dairəsindən irəli sürüb. O, seçkilərə bitərəf kimi qatılıb.
Ümid Partiyasının onun qarşısına Taleh Əliyevi çıxarması seçkidə Ülvi Quliyevin işini xeyli çətinləşdirə bilər.
Əvvəla, Ülvi Quliyev deputat kimi seçicilərin ümidlərini doğrultmayıb. Hər halda onun deputat olduğu müddət hansısa seçicisinin problemini həll etdiyi, yaxud Milli Məclisdə dairəsindəki problemləri qabartmasının şahidi olmamışıq.
İkincisi, Taleh Əliyev dairədə kifayət qədər nüfuz sahibidir.
O, 2015-ci ildə keçirilən parlament seçkilərində də 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd olub. Seçicilərlə işləyib və kifayət qədər nüfuz toplaya bilib.
Bundan başqa, Taleh Əliyev 1995-ci ildən siyasi səhnədədir.
Taleh Əliyevin daha bir üstünlüyü onun 44 günlük Qarabağ savaşında iştirak etməsidir. O, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Ehtiyatda olan kapitandır.
Bir halda ki, sentyabrda keçiriləcək seçkilər nəticəsində formalaşdırılacaq Milli Məclisi “Zəfər parlamenti” adalndırılır, o zaman belə bir parlamentdə
Reportyor.info