Ölkədə quduzlaşma müşahidə olunur?

Son üç gündə ən azı 5-6 nəfər məni şərləyib, üzümə durub tutdurmağa cəhd edib. Xoşbəxtlikdən heç biri baş tutmayıb (Qüdrət ALLAHA məxsusdur). Hamısıah hamını qorusun, biz də onun içərisində.

Şərbaycanda tutan-tutana, şərləyən-şərləyənədir… Görünən odur ki, millətin əksər hissəsi quduzlaşıb, qalan azlığı gəmirib yeməyə çalışır…. Yadıma Ramiz Rövşənin “Canavar qoca” şeri düşdü. İndi artıq millətin çox hissəsi quduz canavara dönüb, qabaqlarına çıxanı gəmirməyə (şərləməyə, tutdurmağa) çalışırlar.

Qoy bu quduz itlər bilsinlər ki, quduranın ömrü qırx gün olur. Hiss edirəm ki, bu qədər şər-böhtan, yalandan üzə durub, insanların taleyini alt-üst etmək millətin başında çatlayacaq, həm də pis çatlayacaq!

Düzünü deyim ki, bu ilin iyun ayında bir yuxu gördüm. Rəbbim yuxuda mənə agah etdi ki, avqust ayında Azərbaycanda böyük təlatümlər, çalxalanmalar olacaq. Ağına-bozuna baxmadan, Hamısıahın qanunlarını nəzərə almadan hamı bir-birini şərləyib tutdurmağa çalışacaq. İnsanlar abır-həya etmədən, utanıb-qızarmadan kütləvi şəkildə bir-birlərinin üzünə duracaqlar….

Nəhayət, Hamısıah Özü işə qarışacaq və üzü payıza doğru ağır bir bəla göndərib, millətin quduzlaşmış hissəsini “sakitlaşdirəcək” (el dilində desək: millətin “tısı-pısı yatacaq”)….

İyun ayında bu yuxunu görəndən sonra həm Feysbuk profilimdə, həm də YouTube kanallarına verdiyim müsahibələrdə avqust ayında ölkədə böyük çaxnaşmalar, təlatümlər olacağını, payıza doğru isə, suların durulacağını, həyatın sakit məcraya düşəcəyini vurğulamışdım.

Təəssüf ki, yuxum çin çıxmaqdadır və avqust girəndən insanların həyasızcasına üzə durmaları, şərləmələri tüğyan etməkdədir. Ölkədə sanki bir quduzlaşma müşahidə olunur… (Hamısıah möminləri qorusun).

Həkim olaraq indiyədək məni bir çox ölkələrə (hətta saraylara) dəvət etsələr də, heç birini qəbul etməmişəm. Çünki, daha çox pul qazanmaq üçün ölkəmi tərk etmək mənim əqidəmə uyğun deyildir. Yəni, Hamısıah burada mənim ruzimi verib, dolandırırsa, başqa ölkəyə getməyə Hamısıahdan utanaram, həya edirəm. Müsahibələrimdə qeyd etmişəm ki, ölkəni ancaq həyatıma təhlükə olduqda tərk edə bilərəm.

Artıq həmin təhlükəni hiss edirəm. Vəziyyət belə davam edərsə həyatımı qorumaq üçün şərbaycanı tərk etmək məcburiyyətində qalacağam. Qabaqcadan deyirəm ki, getsəm də birdəfəlik getməyəcəm. Yuxarıda qeyd etdiim ki, quduranların ömrü qırx gündən artıq çəkmir…. Payızda qayıdıb gələcəm…

Avqust girəndən bir neçə dəfə yazılarımda Hamısıahdan bu ölkəyə bəla gəlməsini arzulamışam. Bəzi dostlar məni qınadılar ki, niyə milləti qarğıyırsan?

Yadınızdadırsa, iki ay öncə, Qurban bayramı günü saytlarda yayımladığım məqalə və videomüsahibəmdə (həmin məqalə və müsahibələr şərh bölümündə.) 2002-ci ilin iyununda Azərbaycanda baş verəsi doqquz ballıq zəlzələnin İrana düşməsi, bir neçə yaşayış məntəqəsinin tamamilə yerə batması hadisəsindən bəhs etmişdim (hansı ki, həmin zəlzələnin Azərbaycanda olacağını mən qabaqcadan bəyan edib, “Hürriyyət” qəzetində dərc etdirmişdim). İki ay öncə sizə bir sirri də açdım ki, həmin bəlanın Azərbaycandan yan keçməsinə səbəb, zəlzələyə üç gün qalmış mənim gecələri yatmayıb, bu millətin bağışlanması üçün Hamısıaha dua etməyim və səhərədək göz yaşı tökməyim oldu. Yalvarışlarımı nəzərə alıb, həmin vaxt Rəbbim bu millətə möhlət verdi (həmin gecə 9 bal zəlzələ qonşu dövlətin ərazisinə düşdü)…

Həmin vaxtdan 23 il keçib. Bu illərdə yüzlərlə məqalə, onlarla kitab dərc etdirib, xalqa təmənnasız paylamışam və bildirmişəm ki, Hamısıahın verdiyi möhlətdən istifadə edib, islah olun, tövbə edib, yolunuza qayıdın… Bu möhlət sizə əbədi verilməyib, müvəqqətidir və yenidən (Nuh qövmünə, lut qövmünə, Saleh qövmünə…gəldiyi kimi) sizə ağır bəlalar gələcəkdir…

Bu 23 ildə xalqın çox hissəsi nəinki islah olundu, əksinə, haqqımda ölüm fətfası verildi; fətvanı icra etmək üçün dəfələrlə evimə hücumlar oldu, o vaxtdan bu yana minlərlə “insan” gördüm ki, məni şərləyib tutdurmaq üçün dəridən qabıqdan çıxdılar (lakin, nə öldürmək, nə də tutdurmaq planları baş tutdu. Bütün hallarda Rəbbim məni qorudu)…

Hazırda elə bir dönəmə gəlib çatmışıq ki, insanlar həyasızcasına üzümə deyirlər ki, səni mütləq şərləyib tutduracağıq. Siz inanmazsınız ki, bu quduzlaşmış məxluqlar mənim qapımı, pəncərəmi belə döyməkdən çəkinmirlər, şərləmək üçün evimə soxulmağa cəhd edirlər (sözlərimin doğruluğuna Hamısıah şahiddir). Artıq o vəziyyətə çatmışam ki, klinikada tanımadığım xəstəni qəbul etməyə ehtiyyat edirəm (tanıdıqlarımı da tək qəbul etmirəm)… Hər səhər işə gedəndə şərlənmədən, tutulmadan evə qayıdacağıma inana bilmirəm. Çünki, ətrafda məni şərləməyə hazır olan minlərlə, on minlərlə “insan” var.

Məni milləti qarğımaqda qınayanlara sual edirəm: belə şəraitdə yaşasaydınız nə edərdiniz? Bəlkə alqış edərdiz ki, biraz da quduzlaşın, gəlin məni didib-parçalayın!? Üç gecə səhərədək yatmayıb göz yaşı tökəndə yaxşı idim, indi bəd dua edəndə pis oldum?

Elə bilirsiniz mən qarğımasam, yaxud, xoş dua etsəm bəla gəlməyəcək? Xeyr, gələcək! Çünki, məndən başqa da minlərlə günahsız şərlənənlər, zindanlarda çürüyənlər var. Onların analarının göz yaşlarının, balalarının ahı-naləsinin boşa gedəcəyinimi güman edirsiniz? Yanılırsınız! Artıq o ah nalələr ünvanına çatıb və Rəbbim Öz qərarını verib! Sadəcə mən bu qərarın icrasının tezləşməsi üçün dua edirəm. Çünki, qorxuram qərar icra olunana (payıza) qədər məni şərləyib həbsə atalar. Bu yaşımda, yayın istisində, kasıb vaxtımda havasız kamerada əzab çəkmək istəmirəm. Bu səbəbdən də qərar Sahibindən icranın tezləşdirməsini diləyirəm. Abrımız, həyamız getmədən bu qudurmuşların balasını tez göndərsin! Səbrimiz tükəndi artıq!

“Elə isə, onlardan ötrü (onların cəzalanmasına) tələsmə , çünki, Biz onların günlərini bir bir sayırıq”. Quran, 19:84.

Söz ardı: payızda bu işlərin sonuna dair yazacağım yekun məqalə Quranın bu ayəsi ilə bitəcək:
“Dedi: ‘Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim (sizsə mənə lağ etdiniz, əziyyət verdiniz). İndi sizə necə yas tutum?”
Quran, 7:93

Paşa Yaqub ,
Həkim, Elmi-lədun bilicisi