Məhkəmə Fəzail Ağamalının oğluna borc öhdəliyi qoydu – TƏFƏRRÜAT

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı barəsində məhkəmə borc öhdəliyi qoyub.

Gununsesi.info -nun xəbərinə görə, Nərimanov Rayon Məhkəməsində “Bank Olmayan Kredit Təşkilatı (İDK)” MMC -nin, deputatın oğluna qarşı iddiasına baxılıb. Məhkəmə Elçin Ağamalının adıçəkilən təşkilata olan borcunu ödəməsi barədə qərar çıxarıb.
Bildirilir ki, Fəzail Ağamalının oğlu həmin təşkilatdan götürdüyü pulları qaytarmaqdan imtina edib. Uzunmüddətli mübahisələr sonda məhkəmə qərarı ilə yekunlaşıb.

Məsələ ilə bağlı Elçin Ağamalının özünün mövqeyini öyrənmək cəhdimiz baş tutmadı.