Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsində Gəncə Regional Qadın Mərkəzinin “İnklüziv Təhsil Səfirləri” layihəsi qalib olaraq 7 ay müddətində uğurla davam etmişdir. Gəncə Dövlət Universiteti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əməkdaşlıq şəraitində həyata keçirilən layihə İnklüziv cəmiyyətin yaradılmasına böyük töhvə olmuşdur.
– Pedaqoji heyət arasında inklüziv təhsilin əhəmiyyəti barədə məlumatlılıq artırıldı;
– Şagirdlərin inklüziv təhsil prinsiplərinə uyğun olaraq bir-birinə qarşı hörmət və anlayışla yanaşmaları təbliğ edildi;
– Valideynlər inklüziv təhsil barədə məlumatlandırıldı və bu prosesdə aktiv iştiraka təşviq edildi;
“İnklüziv Təhsil Səfirləri” layihəsi Gəncə Regional Qadın Mərkəzinin inklüziv təhsilin inkişafına verdiyi ən uğurlu addımlardandır. Layihə, həm də cəmiyyətin müxtəlif təbəqələri arasında inklüziv təhsil mövzusunda məlumatlılığın artırılması və bu sahədə geniş anlayışın formalaşdırılmasına əhəmiyyətli töhfə verir. “İnklüziv Təhsil Səfirləri” layihəsi Gəncə Regional Qadın Mərkəzinin inklüziv təhsilin inkişafına verdiyi ən uğurlu addımlardandır. Layihə, həm də cəmiyyətin müxtəlif təbəqələri arasında inklüziv təhsil mövzusunda məlumatlılığın artırılması və bu sahədə geniş anlayışın formalaşdırılmasına əhəmiyyətli töhfə verir.
Layihə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Gəncə Dövlət Universiteti, UAFA Gəncə bölməsi və Fərəh İB ilə birlikdə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.
Layihənin fəaliyyətləri BMT Dayanıqlı İnkişaf Məqsədlərinə cavab verir:
Məqsəd 4: Keyfiyyətli təhsil
Hədəf 4.A: Uşaq, əlillik və gender məsələlərinə həssas yanaşan və hamı üçün təhlükəsiz, zorakılığa yol verilməyən, inklüziv və effektiv təlim mühitini təmin edən təhsil müəssisələrini qurmaq və onları təkmilləşdirmək
Məqsəd 10: Bərabərsizliyin azaldılması
Hədəf 10.2: 2030-cu ilədək, yaşından, cinsindən, əlilliyindən, irqindən, etnik mənsubiyyətindən, mənşəyindən, dinindən, iqtisadi və ya digər statusundan asılı olmayaraq, hamının sosial, iqtisadi və siyasi həyatda iştirakı üçün səlahiyyətləri artırmaq və bunu təşviq etmək
Məqsəd 17: Məqsədlər üçün tərəfdaşlıq
Hədəf 17.18: 2020-ci ilədək gəlir səviyyəsi, gender, yaş qrupu, irq, etnik mənsubiyyət, köçkün statusu, əlillik, coğrafi yerləşmə və milli kontekstdən asılı olaraq digər xüsusiyyətlər üzrə dezaqreqasiya olunmuş yüksək keyfiyyətli, vaxtlı-vaxtında verilən və etibarlı məlumatların mövcudluğunu əhəmiyyətli dərəcədə artırmaq üçün inkişaf etməkdə olan ölkələrə, o cümlədən ən az inkişaf etmiş ölkələrə və kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərə potensialın inkişaf etdirilməsi sahəsində dəstəyi artırmaq.