“Lion Centre” MMC-nin direktoru Prezidentə və qurumlara Gömrükdə baş verən özbaşınalıqla bağlı müraciət etdi

Surəti: Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Azərbaycan Respublikasının Birinci Xanımı, Xanım Mehriban Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova

Surəti: Azərbaycan Respublikası Milli Məclisinin Sədri Xanım Sahibə Əli qızı Qafarovaya

Surəti: Prezident Adminstrasiyanın İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti şöbəsinin müdiri cənab Şahmar Mövsümova

Surəti: Azərbaycan Respublikasının Prezident Administrasiyasının Rəhbəri (Korrupsiyaya ilə Mübarizə komisiyasının sədri) cənab Samir Rafiq Oğlu Nuriyevə

Surəti: Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə

Sürəti: Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevə

Surəti: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədri Şahin Bağırova

Surəti: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinova

Sürəti: Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis Gömrük general-mayoru Güloğlan Muradlıya

Sürəti: Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanova


Bildirmək istəyirəm ki, bizim Çin Xalq Respublikasından 27.05.2024-cü il tarixli HL265898 saylı invoysla gələn malımız Bakı Baş Gömrük İdarəsində 01241000304074 saylı gömrük bəyannaməsi üzrə və 06.05.2024 tarixli YR 280702 saylı invoysla gələn, 01241000300384 saylı gömrük bəyannaməsi üzrə rəsmiləşdirmələri zamanı qanunun tələbləri pozularaq süni əngəllər törədilərək, bürokratiyaya, məmur özbaşınalığına və sözün əsil mənasında “Lion Centre” MMC-ə gömrük məmurlarının qanunsuz iş birliyi və sövdələşməsi həyata keşirilmişdir.

Belə ki, gömrük rəsmiləşdirilməsi üçün gərəkli olan sənədlər tərəfimdən təqdilm edilməsinə baxmayaraq Bakı Baş Gömrük İdarəsininin rəisi Elmir Ramazanov və onun dəstəsi mənə 01.08.2024-cü il tarixli 3-33-1100/2004729/2024 saylı və 02.08.2024-cü il tarixli 3-33-1100/2-004763/2024 saylı qanunsuz, sünu əngəllərlə, məmur özbaşnalığı və süründürməçiliklərlə dolu məktublarını mənə ünvanladığdan sonra həmin məktublara mən 05.08.2024-cü il tarixli L-19/24 saylı məktubla cavabı təqdim etdiyim zaman, məktubun şəklini telefon vasitəsilə çəkərək 3-cü mərtəbəyə qalxıb məni aşağıda saxlayaraq 15-20 dəq ərzində bir daha 3-33-1100/2-004777/2024 saylı məktubu mənim məktubumu götürəndən qabaq mənə təqdim etdilər və bu məktubun içində göstərərək bir daha bildirirəm ki, Elmir Ramazanov və onun tabeliyində olan Nazim Məmmədli ilə bir yerdə öz səlahiyyət hədlərini aşaraq, tutduğu vəzifələrindən sui istifadə edərək, gömrük qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq, sahibkarın fəaliyyətinə suni əngəllər yaradaraq Sizin apardığınız iqtisadiyyatın inkişafına dair siyasətin əksinə gedir və ölkədə insanların etirazına səbəb ola biləcək və nəticə etibarı ilə daxili stabilliyin pozulmasına səbəb ola biləcək hadisələr üçün zəmin yaradırlar. Ölkə əhalisini, əsasən də sahibkarları hakimiyyətə qarşı qalxmasına sövq edirlər.

Cənab Prezident,
Bildirirəm ki, mən həmişə sizin apardığınız siyassətə sadiq olmuşam və bundan sonra da sadiq olacağam, daim Sizin fəaliyyəti dəstəkləyəcəm və Elmir Ramazanov, Nazim Məmmədli kimi dövlət məmurları bizi tutduğumuz bu yoldan döndərə bilməyəcəklər.

Cənab Prezident,
Nəzərinizə çatdırıram ki, Elmir Ramazanov gömrük qanunvericiliyinin tələblərini biganə qoyaraq öz şəxsi qanunları ilə Bakı Baş Gömrük İdarəsini idarə etməyə çalışır.
Belə ki, 05.08.2024-cü il tarixli 3-33-1100/2-004777/2024 məktubda gömrük məcəlləsinin 151.1.1.5 və 150.5, 151.2, 151.1 maddəsinə istinad edərək gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsini təstiq edərək onun aşağıdakı şərtlərinə uyğunluğunu yoxlayır.

Gömrük bəyannamsinə təqdim olunan sənədlərin mövcudluğu, müəyyən edilmiş qaydada sənədlərin və qanunvericilklə tələblərə cavab verməsini həmçinin əsas olaraq 151.1 maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş etməklə həmin çatışmamazlığın aradan qaldırılması mümükun olmadıqda həmin bəyannamə gömrük orqanlarında təstiq edilmir.

Belə bir süni əngəl yaradan istinadları Elmir Ramazanov haradan tapır və ona kim təqdim edir?

Lakin buradan Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinə və orada bürokrat əməllərlə məşğul olan məmurlara bildirmək istəyirəm ki,
1. İstinad olan maddələrdə (şərtlərə uyğunluğunu yoxlayır, müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verilməsini və eyni zamanda müəyyən edilmiş şərtlərə cavab vermədikdə) cümlələri altında hansı normativ aktlara, hansı qanunvericiliyə, hansı şərtləri nəzərdə tutduqlarını mənə göstərilməsini, və rəsmi təqdim olunmasını xahiş edirəm. Əks halda mallarımın müvafiq qanunvericiliyə əsasən buraxılmasını təmin etməlidirlər.

2. Tövsiyyə edirəm ki, Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi sahibkara süni əngəl yaradan gömrük məmurlarına izah etsin ki, Azərbaycan Respublikasının Nazirlər kabinetinin 2014-cü il 22 iyul 263 nömrəli qərarını oxusunlar və həmin 263 saylı qərarın 2-ci bəndinə diqqət etsinlər. Belə ki, Gömrük məqsədləri üçün lazım olan sənədlər və məlumatlar o cümlədən malların bəyan edildiyi gömrük rüsumları altında yerləşdirilməsi üçün bəyannamə ilə birgə təqdim olunan sənədlər, eyni zamanda 2.1 bəndində konkret olaraq göstərilir ki, gömrük orqanlarına həvalə olunmuş fəaliyyəti həyata keçirən şəxslər tərəfindən gömrük məqsədləri üçün aşağıdakı sənəd və məlumatlar həmin orqanlara kağız formasında yazılıb və ya elektron formada təqim edilməlidir. Bundan əlavə 263 saylı qərarın 2.4 bəndində göstərildiyi kimi malların bəyan edildiyi gömrük prosedurunun tədbiqi üçün tələb olunan kağız üzərindən yazılı və ya elektron formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsini təqdim edildiyi vaxt verilməlidir.

Cənab Prezident,
Bildirmək istəyirəm ki, mənim mallarım qanusuz olaraq 7 gündür ki, Baki Baş Gömrük idarəsinin nəzrindəki, İpək Yolu terminalında saxlanılır ki, hər gün üçün həmin yükə görə mən xarici vətəndaşa təxminən 100-150 dollar arası cərimə ödəməli oluram. Halbuki, gömrük qanunvericiliyində malların rəsmiləşdırılməsi ilə bağlıı konkret müddəlar mövcuddur ki, orada da malların 24 saat ərzində müəyyən hərəkətlərin icra olunması şərti ilə buraxılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, mənim rəhbəri olduğum şirkətə qarşı Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşıq aşkar qanunsuzluqlar, süni maneəçilik, bürokratik əngəllər törədilməkdədir ki, bunun nətıcəsində də mənim ışbirliyi qurduğum xarici partnyorlarımın şüurunda Azərbaycanımıza olan münasibət mənfi yöndə formalaşır, ölkəmizin beynalxalq nüfuzuna və biznes imicinə zərbə endirilir, həmçinin mənim işgüzar nüfuzuma da xələl gətirilir.

Hörmətli Cənab Prezident,
Sizin mətbuatda və media informasiyada hər dəfə sahibkara dəstək barəsində, sahibkarlara şərait yaradılması barədə, sahibkara inkişaf edilməsi üçün məmurların kömək etməsi barədə etdiyiniz çıxışlarıızı izləyirəm. Belə məmurların cəzalandırılması barədə dəfələrlə Sizin çıxışlarınızın şahidi olmuşam.
Siz dəfələrlə öz çıxışlarınızda demisiniz ki Məmur özbaşnalığı ilə bağlı hər bir siqnal araşdırılacaq .

Hörmətli Cənab Prezident,
Bir daha Sizdən xahiş edirəm ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov tərəfindən “Lion Centre” MMC-yə qarşı edilən özbaşnalıqlara və süründürməçiliyə, bizim fəaliyyətimizə yaradılan süni maneələrin aradan qaldırılmasına son qoyulması barədə müvafiq vəzifəli şəxslərə göstəriş verəsiniz.Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycanımız günü-gündən inkişaf edib, çiçəklənəcək və Elmir Ramazanov kimi məmurlar bu inkişafa və tərəqqiyə maneə ola bilməyəcəklər.

Qoşma: 8 vərəq

Hörmətlə,
“Lion Centre” MMC-nin direktoru: Ramil Aslanov

BakuNews.az