“Kasıb oğlanam, gözümü itirmişəm, haqqımı vermirlər” – Vətəndaş Müdafiə Nazirliyindən gileylənir

Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini Əlizadə Elçin Elman oğlu tərəfindən “Hurriyyet.az” saytının redaksiyasına şikayət məktubu göndərilib. Vətəndaş xidmət göstərdiyi “N” saylı hərbi hissədən “paltar pulu” üçün kompensasiya ala bilmədiyini iddia edir.

“Mən, Əlizadə Elçin Elman oğlu, yazaraq bildirirəm ki, 2014-cü ilin iyun ayında çavuş rütbəsində manqa komandiri vəzifəsində xidmətə başlamışam. 2018-ci ilin mayında təxris oluram.

2023-cü ldə ilin dekabrında hərbi formam üçün pul almaq istədim, rəsmi müraciət etdim, amma cavab bu ilin aprelində gəlib. Həmin kağızda yazılmışdı ki, guya tələb olunan sənədləri təqdim etməmişəm.

Niyə belə ediblər, anlamıram. Bəlkə də 50 dəfə Müdafiə Nazirliyiniə zəng vurmuşam. Mən dinləmirlər, başlarından edirlər.

Ürəkləri istəyən adamların pulunu verirlər, başqalarının yox. Kasıb oğlanam, gözümü itirmişəm, haqqımı vermirlər.

Xahiş edirəm, köməklik edin! Haqqımı tələb edirəm! Artıq pul yox, ancaq mənim olanı istəyirəm. Pulumu mənimsəməsinlər”.

Müdafiə Nazirliyinin Xidmətinin rəisi Anar Eyvazov tərəfindən “Hurriyyət.az” saytına verilən məlumata əsasən, Əlizadə Elçin Elman oğluna “paltar pulu” üçün kompensasiya ödəniləcək.

“Kasıb oğlanam, gözümü itirmişəm, haqqımı vermirlər”