LİDERLİK  VƏ  LİDERİMİZ 

Liderlik, rəhbər və ya idarəçi yaxın anlayışlar olsa  da  onlar fərqli mənalar daşıyır.

Lider ingilscə “Leader” sözündən yaranıb aparıcı, irəlidə gedən mənasını  verir. Belə şəxsi, qrup, kollektiv, kütlə, xalq qəbul edir, sevir və  onun tələblərini könüllü olaraq  həvəslə yerinə yetirilər.

Rəhbər bir müəssisənin, yaxud böyük bir kütlənin təşklatçısı, istiqmətvericisi, səfərbəredicisi, tapşırıqlar, göstərişlər, tövsiyələr vericisidir. Əgər Lider   ideyalar  verir, qarşıya uzun müddətli məqsədlər, perspektivlər qoyursa və buna nail olmaq üçün səmərəli yollar tapırsa rəhbər isə məqsədə çatmaq üçün tapşırıqlar verir, yollar göstərir.

Liderlər daha çox imkan və şəraitə uyğun  fəaliyyət göstərirlərsə, rəbər qaydalar, qanunlar əsasında fəaliyyət göstərir.  Liderlər özünəməxsus, unikaldırlar, ünsiyyətcil, insanlar arasında xoş ünsiyyət və münasibətlər qurur, rəhbrlər isə qanunlar, qaydalar əsasında işləyir, tələbkar və bir çox hallarda inzibatçıdırlar. Liderlər uzun müddətli düşünürlər, rəhbərlər qısa müddətli və konkret düşünürlər. Liderin tərəfdarları, sevenləri, azarkeşləri olur, rəhbıriun isə işçiləri olur.

“İdarəçilik” anlayışı isə ümumi anlayışlar sırasında olub, yalnız texniki və istehsal sahələrində deyil, həmçinin sosial sahədə, təhsil sahəsində tətbiq edilir və fəaliyyət prosesində iştirakçıların qarşılıqlı təsiri, münasibətləri nəzərdə tutulur. Ağıllı, müdrik idarəçilik olan yerdə uğurlar, nailiyyətlər və keyfiyyət əldə olunur. İdarəçiliyi ağıllı, müdrik, işini yaxşı bilən, bir çox mənəvi, əxlaqi, sosial keyfiyyətlərə sahib  olan  peşəkar mtəxəssis aparır. Amma, idarəedici lider olmaya  da bilər. Lider də sadəcə olaraq idarəedici deyildir. Psixologiya elmində liderliyin aşağıdakı növləri vardır: Ruhlandırıcı lider; universal  lider; şəraitə uyğun fəaliyyət göstərən lider; İşgüzar lider; Xarizmatik lider. Liderlərin təsnifatından onların fəaliyyət üslubunu təxmin etmək olar.

Xrizmatik lider haqqında deyə bilərik ki, belə lider ilk növbədə böyük nüfuza, hərətərəfli bacarıq və qabiliyyətlərə, insanlara emosional təsir edə biləcək nitqə malik bir insandır. O, özünəməxsus səciyyəsi olan, yüksək təşkilatçılq və natiqlik qabiliyyətinə, ünsiyyət mədəniyyətinə,  yüksək mənəvi, əxalqi keyfiyyətlərə malik, məqama uyğun olaraq çevik qərarlar qəbul edə bilən, çətin vəziyyətlərdən, situasiyalardan uğurla çıxa bilən, dərin zəkaya, intellektual qabiliyyətlərə malik, fiziki cəhətdən sağlam, qamətli, gümrah olan insanları həqiqi, doğru yola istiqamətləndirə bilən şəxsiyyət başa düşülür.

Belə liderliyi biz ilk növbədə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev nümunəsində görə bilirik. O bütöv bir Azərbaycan xalqının lideri olmaqla bərabər, dünya liderliyində də lider olmuşdur. Heydər Əliyev – böyük siyasi lider daim öz iradəsi, cəsarəti, çevik və rasional qərarları ilə ən çətin situasiyalarda belə çıxış yolunu tapan parlaq şəxsiyyəytdir. O məharətli çıxışları, nitqləri, söhbətləri ilə insanlara qüvvətli pozitiv təsir etməyi bacarmış, insanlar arasında ayrı seçkiliyə yol verməmiş, onların tələbat və ehtiyaclarına diqqətlə yanaşmış, zamanın nəbzini tutaraq ona uyğun fəaliyyət göstərmişdir.

XX əsrdə xalqımızın yetirdiyi ən böyük şəxsiyyət, dünya şöhrətli siyasi xadim, xalqımızın milli  lideri Heydər Əliyev dövlətçilik konsepsiyasında  üç ali dəyəri – ədalət, müdriklik, həqiqət  meyarını önə çıxararaq gücün siyasətinə qarşı siyasətin gücünü, ağlın və müdrikliyin gücünü qoymuşdur.

Heydər Əliyevin uzaqgörənliyi, hadisələri qabaqlaması, intusiyası və xüsusi fəhmi  ilə əsil liderlik keyfiyyətini özündə birləşdirmişdir. Heydər Əliyev millətin gələcəyini düşünən lider olaraq bütün həyatını fəaliyyətini canından artıq sevdiyi Azərbaycanın tərəqqisinə, inkişafına, yüksəlişinə həsr etmişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, Azərbaycançılıq ideologiyasının banisi, milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Heydər Əliyev böyük, tarixi hadisələrə imza atmışdır ki, onun titank fəaliyyəti tükənməzdir.

Burada bir  faktı da qeyd etmək lazımdır ki,  Heydər Əliyevin liderliyi, hər bir işdə birinci olması onun yalnız siyasi fəaliyyətindən başlamamışdır. O hələ kiçik yaşlarından, məktəbli həyatından, uşaqlıq və  yeniyetməlik dövründən, gənclik həyatından lider olmuş və əsası da elə oradan başlamışdır.

O təhsilində, həmçinin müxtəlif fəaliyyət növlərində yalnız birinci olmuşdur. Heydər Əliyev Naxçıvanda orta məktəbi “Əla” qiymətlərlə bitirmiş və Naxçıvan Pedaqoji Texnikumuna daxil olmuşdur. Burada o mükəmməl pedaqoji təhsil almış, müəllimlik peşəsinə yiyələnmiş və müəllim haqqında bu gün bir aforizmə çevrilmiş dahiyənə fikrini demişdir: “Mən Yer üzündə müəllim adından yüksək bir ad tanımıram”. Onun bütün fənlərdən aldığı qiymətlər yalnız  “Əla” qiymətlər olmuşdur. Ayrıca olaraq əxlaqdan aldığı qiymət də “Əla” dır.

Pedaqoji texnikumda təhsil aldığı illərdə Heydər Əliyev rəssamlıqla məşğul olmuş, musiqi ilə məşğul olmuş, teatr tamaşalarına kollektiv baxışlar təşkil etmiş və özü  də aktyor kimi çıxış edərək tamaşalar göstərmişdir. Pionerlər evinə getmiş tar dərnəyində tar çalmış, idmanla, üzgüçülüklə məşğul olmuş, daim mütaliə etmiş, kitablar oxumuşdur. Bütün bu işlərdə Heydər Əliyev hər zaman öndə olmuş, birinci olmuş, uğurlu olmuş və həyatda həmişə fəal mövqe tutmuşdur.

Heydər Əliyevin çıxışları, nitqləri həmişə öz zənginliyi, məna dolğunluğu ilə, pozitiv, emosional təsiri ilə seçilirdi. O,  özünün əzəmətli görkəmi, baxışı, səsinin ahəngi ilə auditoriyanın diqqətini özünə cəlb edirdi. Dahi natiq insanlarla ünsiyyətə girir, sual verib, cavab alırdı. Bu dahi şəxsiyyətin nitqindəki məna ardıcıllığı və məntiqilik bütün çıxışlarında özünü göstərirdi.

Heydər Əliyev çıxış edərkən bütün varlığı və inamı ilə danışır və hamı ona diqqətlə qulaq asırdı. Heydər Əliyevin Naxçıvan Pedaqoji Texnikumunda təhsil illərindəki fəaliyyətini  xatırlayan “İstiqlal” ordenli, dos.Lətif Hüseynzadə  o illəri belə xatırlayaraq yazırdı ki, “Heydər Əliyev sinifdə  dərs  danışarkən sinfə tam sükut köçürdü. Onun məntiqli danışığı, işlətdiyi sözlər, ifadələr fərqli və çox diqqətçəkici idi…”. Heç şübhəsiz Heydər Əliyevin bu natiqlik qabiliyyəti, liderlik qabiliyyəti onun hərtərəfli hazırlığından, təhsil illərindəki uğurlu təhsilindən irəli gəlmiş və sonrakı fəaliyyətində də daha təkmil şəkildə özünü göstərmişdir.

Ulu Öndər, milli liderimiz daha sonra Leninqradda (Sankt-Peterburq) DTK məktəbində təhsil aldığı illərdə, daha sonra da Bakı Dövlət Universitetindən məzun olduğu zaman onun təhsil haqqında sənədlərində yalnız “Əla” qiymətlər olmuşdur.O bütün fəaliyyət növlərində ən fəal, ən qabaqcıl olmuş, daim yoldaşlarına kömək etmiş, qayğısına qalmış birinciliyi, liderliyi heç zaman əldən verməmişdir.

Onun bütün fəaliyyəti – uşaqlıq, yeniyetməlik, gənclik  həyatı və siyasi fəaliyyəti gənc nəslimizə nümunə olmaldıır. Liderliyi ondan öyrənməli, onun liderlik məktəbini öyrənmək lazmdır.

Hazırda ölkəmiz iqtisadiyyatın inkişafı sahəsində, hərbi texnika sahəsində lider ölkələr sırasındadır. Ölkəmiz 44 günlük Vətən müharibəsində ölkə başçısının komandanlığı, müdrik siyasəti, “Dəmir yumruq” hərbi əməliyyatı  ilə işğal olunmuş torpaqlarımız azad edildi. Əsgərlərimiz qəhrəmanlıq və şücaət göstərmiş, ordumuz hərb tarixində görünməmiş qələbələr qazandı, ən yeni hərbi texnika nümayiş etdirdi,  düşmənə hərb tarixində görünməmiş ağır zərbələr vurdu, xüsusi hazırlıq görmüş əsgərlərimiz əlbə- yaxa döyüşlərdə, çətin şəraitdə qələbə çaldılar. Bütün bunlar  hazırda bir çox ölkələrdə Azərbaycanın hərb üsul-idarəsi, qələbə əzmkarlığı, hərbi texnikası öyrənməkdədir.  Bütün bu uğurların müəllifi xalqımızın yeni əsrdə, yeni lideri Heydər Əliyevin liderlik siyasi məktəbinin layiqli davamçısı İlham Əliyevdir. Prezident İlham Əliyev mili ruhlu, xəlqi xislətli, qətiyyətli, iradəli, pozitiv təsirli,  praqmatik siyasətçidir. Böyük Türk şairi Ziya Paşanın dediyi kimi:

Ayinəsi işdir kişinin, lafa baxılmaz,

                 Şəxsin görünür, rütbeyi əqli əsərində   

O bir neçə dildə sərbəst danışır, nitq söyləyir, xarici jurnalistlərə müsahibələr verir, eyhamlı, təxribatçı suallara tutarlı cavablar  verir, bəzən  zarafatla, bəzən yumorla tərəfkeşlik edən jurnalistə də yerini göstərir. O, özünün dediyi kimi, nəyin,  nə  vaxt edəcəyini, nə zaman deyəcəyini  yaxşı bilir.  Budur Liderlik, budur,  birinci olmaq.

Beləliklə, liderlik haqında çox yazmaq, çox demək olar. Burada yalnız Ulu öndərizmiz, milli liderimiz,  XX əsrin dünya lideri Heydər Əliyevin və XXI əsr Azərbaycan Respiblikasının Prezidenti, müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin liderliyi haqqında müxtəsər məlumat verərək, liderliyi onlardan öyrənməyi tövsiyə edirik.

Lalə Yusif qızı Əzimova 

Qərbi Kaspi Kollecinin direktoru

                                       [email protected]

           https://orcid.org/  0009-0002-3034-7 E-mail. laleezimova 2023@gmail.com

Tel. 055 612 36 52