Pezeşkian: ermənilərlə bağlı xoş təəssüratlara malikəm

 İran üçün regionda sülhün qorunması xüsusi əhəmiyyət kəsb edir.

Bunu İran Prezidenti Məsud Pezeşkian Tehranda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

O, Tehranın bütün məsələlərin dialoq yolu ilə həllini dəstəklədiyini bildirib.

İran prezidenti həmçinin erməni xalqı ilə bağlı müsbət fikirlərinin olduğunu qeyd edib:

“Ermənistanda səfərdə olmuşam. Ölkəniz və xalqınızla bağlı xoş təəssüratlara malikəm. Tehran və İrəvan arasında bütün sahələr üzrə inkişaf etməkdə olan əlaqələri yüksək qiymətləndirirəm”.( Globalinfo)