Növbəti Milli Məclisin təkibində Naxçıvan seçicilərini təmsil edəcək deputatların sayı azalacaq. Buna səbəb buradakı Dairə Seçki Komissiyalarından (DSK) birinin ixtisara salınmasıdır. İndiyə kimi Naxçıvanda hərəsi bir deputat yeri üçün mübarizəni rəsmiləşdirən 7 DSK fəaliyyət göstərirdi. Hazırda isə, muxtar respublikadakı DSK-ların sayı 6-ya endirilib.
İxtisara düşən dairə isə, 3 saylı Kəngərli-Babək DSK-dır. Bu dairə 2 və 4 saylı DSK-lar arasında bölüşdürülüb. Nəticədə, indiyə kimi 4 saylı olan DSK 3 saylı kimi hesaba alınıb. Ləğv olunan DSK, yerli sakinlər arasında „Səttar dairəsi“ adlandırılırdı. Buna səbəb, həmin dairə yaranan gündən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyevin 4 dəfə ard-arda buradan deputat seçilməsidir. Onun bu seçkilərdə başqa dairədən namizədliyini irəli sürüb, sürməyəcəyi hələlik məlum deyil.
Gündəlik Naxçıvan