Ərdoğan Hatayın Türkiyəyə birləşməsinin 85-ci ildönümündə NƏLƏR DEDİ?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay vilayətinin ölkəyə birləşməsinin 85-ci ildönümü münasibətilə danışıb.

 “Bu bütünləşmə qərarı əziz millətimizin birlik və bərabərliyini hər şeyin üstündə tutduğunun göstəricisidir. Ortaq dəyərlərimiz ətrafında sıx birləşərək gələcəyə eyni əzm və qərarlılıqla yürüyürük”, – o qeyd edib.

Xatırladaq ki, Hatay 1939-cu ildə Türkiyəyə qatılıb. Atatürkün “şəxsi məsələm” adlandırdığı bu bölgə I Dünya müharibəsi illərində Osmanlı ərazisi kimi Fransanın işğalı altına düşüb, 1938-ci ilə qədər işğalda qalan Hatayda həmin il müstəqil dövlət yaradılıb və 1 il sonra Türkiyəyə birləşib.(TRT)