Bu halda bitkoin 150 min dollar ola bilər

ABŞ prezidenti Co Baydenin prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlaması aparıcı kriptovalyuta bitkoinin qiymətində dalğalanmalar yaradıb.

 67 min dollar səviyyəsini keçərək son 1 ayın ən yüksək səviyyəsinə çatan bitkoin açıqlamadan dərhal sonra ucuzlaşıb.

Keçmiş prezident Trampın kriptovalyuta sənayesini dəstəklədiyini və BTC-nin “Amerikada istehsal olunmasını” istədiyini bildirməsindən sonra bitkoin son həftələrdə yenidən yüksəlmə nümayiş etdirmişdi.

Britaniya mərkəzli “Standard Chartered” bankının analitikləri ABŞ prezident seçkilərinin  bitkoinin qiymətində növbəti mühüm katalizator olacağını düşünür və Trampın qələbəsi halında qiymətin ilin sonuna kimi 150 min dollara qədər yüksələ biləcəyini qeyd edirlər.

Mənbə