Sərhəddəki zəlzələ bu rayonlarda hiss olundu

 Gürcüstan-Azərbaycan sərhədində 4.8 maqnitudada zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Zaqatala stansiyasından 61 km cənub-qərbdə Gürcüstan ərazisində qeydə alınıb.

Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.