“Access Bank” yığılmış zərərindən canını qutara bilmir – İLGİNC

Cari ilin ilk yarısında “Access Bank” 164 milyon 873 min manatlıq cəmi kapital əldə edib. Bu da ötən ilin sonu ilə müqayisədə 27 milyon 758 min manat çoxdur.

Kommersant.az xəbər verir ki, bankın kapital cəmində yığılmış zərəri 115 milyon 702 min manat olub. İllərdir yığılmış zərərini həm artıran həm də azaldan “Access Bank” sözügedən zərərini mənfəətə keçirə bilmir.

Qeyd edək ki, bankın ümumi ehtiyata ayırdığı məbləğ ötən ilin sonu ilə müqayisədə 561 min manat artaraq 10 milyon 468 min manata yüksəldə bilib.