Kiyev noyabrda keçiriləcək növbəti görüşdə sülh planının bütün bəndlərini hazırlamağı planlaşdırır.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Sülh planının bütün bəndlərini hazırlamağı hədəfləmişik ki, Kiyev noyabrda 2-ci beynəlxalq sammiti keçirə bilsin”, – o əlavə edib.
Xatırladaq ki, Ukrayna ötən ay 92 ölkənin iştirakı ilə ilk sammitini keçirib. Kiyev növbəti görüşə Rusiyadan nümayəndələri dəvət edə biləcəyini açıqlayıb.